Nəfsani istəklərin ardınca getməyin 10 nəticəsi
Əgər insan nəfsani istəklərin ardınca getsə, bir müddət sonra başa düşəcək ki, Allah ondan əl çəkmişdir və ona yardım etmir. Quranın nəzərinə görə, nəfsani istəklərin ardınca getmək insan üçün təhlükəli nəticələr gətirər. Onların bəzisinə işarə edək: 1. Qəflətə səbəb olar. “(Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28). 2. Küfrə səbəb olar. “Buna görə də, ona iman gətirməyən və (nəfsi) istəklərinə tabe olmuş bir şəxs əsla səni ondan(Qiyamətə inanmaqdan) yayındırmasın, ki, həlak olarsan”. (“Taha” 16). 3. Yolunu azmaq. “Beləliklə, əgər sən(in dəvətin)ə cavab verməsələr, bil ki, onlar öz (nəfsi) istəklərinə uymuşlar. Allahın hidayəti olmadan, öz (nəfsi) istəklərinə uyandan daha çox azğın kim ola bilər?!”. (“Qəsəs” 50). 4. Haqq yolundan yayınmaq. “Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar”. (“Sad” 26). 5. Fəsada səbəb olar. “Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq, yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi”. (“Muminun” 71). 6. Peyğəmbərləri (ə) inkar etmək. “Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək «(bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir» deyərlər. Və (səni və sənin Qur'anını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki, hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır. (Buna görə də Peyğəmbərin və Bizim kitabımızın doğruçuluğu hamıya məlum olacaqdır)”. (“Qəmər” 2-3). 7. Peyğəmbərin (s) buyurduqlarına əməl etməmək. “Beləliklə, əgər sən(in dəvətin)ə cavab verməsələr, bil ki, onlar öz (nəfsi) istəklərinə uymuşlar”. (“Qəsəs” 50). 8. Ədalətə əməl etməmək. “Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz”. (“Nisa” 135). 9. Ali məqamdan süqut etmək. “Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu”. (“Əraf” 176). 10. Vilayətdən məhrum olmaq. “Əgər sənə gələn elmdən sonra, onların nəfsi istəklərinə tabe olsan, Allah tərəfindən sənin üçün əsla bir başçı və yardımçı olmayacaqdır”. (“Bəqərə” 120). /Deyerler.org/ Oxşar xəbərlər
|