Quranın nəzərinə görə, bir millətin məhvolma səbəbləri hansılardır?
Mьəllif: admin1
Tarix: 16-05-2021, 10:56
Quranın nəzərinə görə, bir millətin məhvolma səbəbləri hansılardır?
Dini təlimlərə əsasən, bir cəmiyyət də insan kimi həyata və ölümə malikdir. Onun həyatda olmasının və ya ölü olmasının bəzi amilləri vardır.

Qurani-Kərimdə bir millətin məhv olması, Həzrət Nuhun (ə) timsalında nəql edilir. “Nuhdan sonra (Ad, Səmud və Lut qövmü kimi bir-birlərinə yaxın əsrlərdə olmuş)neçə-neçə cəmiyyətləri həlak etdik. Sənin Rəbbinin Öz bəndələrinin günahlarını (onlara uyğun cəza verməsi üçün) bilməsi və görməsi kifayətdir”. (“İsra” 17).

Quranda bir millətin məhv olma səbəblərini tədqiq edərək, bu nəticəyə gəlmək olar ki, aşağıdakı amillərdən ibarətdir:

1. İlahi ayələri inkar etmək. Quranın nəzərinə görə bir milləti məhv edə bilən ən mühüm amil – İlahi ayələri inkar emtəkdir. “Həqiqətən biz onlara (cismani qüvvə, mal-dövlət və övlad baxımından) sizə vermədiyimiz şeylərdə imkan və qüdrət vermişdik və onlar üçün qulaq, gözlər və ürəklər yaratmışdıq.

Lakin nə qulaqları, nə gözləri və nə də ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi. Çünki onlar daim Allahın ayələrini inkar edirdilər və (nəhayət) istehza etdikləri şey onları hər tərəfdən bürüdü”. (“Əhqaf” 26).

2. Zülm. “Doğrudan da Biz sizdən öncə müxtəlif əsrlərdə bir-birinin ardınca gələn millətləri zülm edərkən və peyğəmbərlərinin onlara aydın dəlillər gətirmələrinə baxmayaraq, iman gətirmək niyyətində olmadıqları zaman həlak etdik. Biz günahkarlar dəstəsini belə cəzalandırırıq”. (“Yunus” 13).

3. Rəhbərlərin fəsad etməsi. “Biz hər hansı bir cəmiyyəti (azğınlıqlarına görə) həlak etmək istəyəndə, onların böyüklərinə və əyyaşlarına (Qiyamətdə bəhanə gətirmələrinə yer qoymamaq üçün bir daha Allaha itaət etmələrini) əmr edərik (yaxud onların dünyadakı imkanlarını artırarıq).

Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər (və digər təbəqələr də onlara tabe olarlar, yaxud onların günahlarına razı olarlar). Beləliklə Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik”. (“İsra” 16).

4. Günah. “Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik.

Buludları yağan halda onların üzərinə göndərmiş və çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə də Biz günahlarının cəzası olaraq onları həlak etdik və onlardan sonra digər bir toplum vücuda gətirdik”. (“Ənam” 6).

5. Təkəbbür. “(Hud peyğəmbərin qövmü) Ada gəldikdə isə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və dedilər: «Kim bizdən daha güclüdür?»

Məgər onlar (qəlb gözü ilə)özlərini yaradan Allahın onlardan güclü olmasını görmədilər? (Əslində) onlar (batini yəqinlikləri ola-ola) Bizim nişanələrimizi inkar edirdilər.

Beləliklə onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün nəhs günlərdə çox soyuq və uğultulu bir külək göndərdik. Əlbəttə, axirət əzabı daha alçaldıcıdır və (həmin gün) onlara əsla kömək edilməyəcəkdir”. (“Fussilət” 15-16).

6. İsraf. “Sonra onlara verdiyimiz vədi (dinin möhkəmləndirilməsi və düşmənlərin məhv edilməsi vədini) həyata keçirdik. Beləliklə, onlara və istədiyimiz şəxslərə nicat verdik və (Allahın təyin etdiyi) həddi aşanları məhv etdik”. (“Ənbiya” 9).

7. Qürur və məstlik. “Biz öz yaşayışlarında tüğyan və təkəbbür edən neçə-neçə insan toplumlarını məhv etdik. Budur onların özlərindən sonra yalnız az bir hissəsində yaşayış olan yurdları. (Yalnız səfərə çıxmış şəxslərin müvəqqəti yaşayış yeridir). (Onlara) Biz varis olmuşuq”. (“Qəsəs” 58).

Allah Təala bizləri nicat tapanlardan qərar versin!



www.ahliman.info
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930