Ayətullah Behcət: Əsəbləşmədən öncə çoxlu salavat deyin... ( Maraqlı suallara cavablar)
İslamazeri.az-ın verdiyi məlumata əsasən, əxlaq və irfan sahəsində misilsiz şəxslərdən olan Ayətullah Behcət, 92 yaşında Qum şəhərində dünyasını dəyişib.
Qum şəhərində yerləşən xanım Fatimeyi Məsumənin (ə) hərəmində torpağa tapşırılan Ayətullahın il dönüm mərasimi, cari ayın 19-u Əzəm məscidində keçiriləcək. Məclisdə Ayətullahın xüsusi tələbələrindən olan Ayətullah Siddiqi çıxış edəcək. Hazırda aktuallığını itirməyən və hər kəsin tövsiyələrinə ehtiyacı olan Ayətullah Behcətin cavablandırdığı bəzi sualları sizlərə təqdim edirik: -Evlilik məsələsi həll olmayan bir cavan var. Hansı əməli tövsiyyə edirsiniz? -"Zadul-məad" kitabında olan dua ilə birlikdə Cəfəri Təyyar namazını qılsın. -Ailədə səmimi ortamın yaradılması üçün nə edək? -Kişi və qadının ailədə əxlaqi cəhətdən 100% uyğunlaşması peyğəmbərlər və övliyalardan başqa heç kim üçün mümkün deyil. Biz səmimi və isti ailə ortamına nail olmaq istəyiriksə səbr və dözüm nümayiş etdirməliyik. Mehriban olmalıyıq ki, ailə mühiti isti və nurani olsun. Bunlar olmazsa qarşıdurma baş verəcəkdir. Ailə daxili bütün problemlər məhz burdan qaynaqlanır. -Cütlüyün bir-birinə məhəbbəti və əlaqəsi yoxdur. Ayrılmaları an məsələsidir. Nə etsinlər? -Çoxlu salavat göndərsinlər və istiğfar etsinlər. Boşanmasınlar, düzələcək. -Oğlumuz buluğ yaşına yaxınlaşır. Biraz yaramazlıqları var. Onu dua edin. -Zəmzəm suyunu və imam Hüsyen türbətini yedizdirin. -Bir neçə ildir ki, müxtəlif işlərdə, xüsusən evlilik və peşə məsələlərində problemlə üzləşirəm. Nə etməyimi tövsiyə edirsiniz? -İnanaraq "Əstəğfirullah" zikrini çox zikr edin. Bu zikri deməkdən yalnız vaacib əməllər sizi alıqoysun. Probleminiz davam edərsə bilin ki, ya inanaraq, ya da davamlı olaraq deməmisiniz. Allah yaxşı bilir. -Borcu qaytarmaq üçün hansı əməli tövsiyə edərsiniz? -"Əstəğfirullah" zikrini çox desin. -Bacımın xərçəng xəstəliyi var. Onu dua edin. -Zəmzəm suyunu və imam Hüseyn türbətini unutmayın. Həmçinin sədəqə də onun sağalması üçün təsirlidir. --Dərs oxumaq ruhiyyəm yoxdur. Nə edim? -Səfərə çıxsın və bir yerdə qalmasın. Ya da sübh namazından gün çıxana qədər piyada gəzsin ki, halı düzəlsin. Daha sonra dərs oxusun. Dərs sağlam adamın dərdinə dəyir. -İsfahandan gəlmişik. Bizə dua və ya zikr deyin. -İsfahandan ya digər yerdən gəlməyinizin fərqi yoxdur. Ən böyük zikr budur ki, Allah sizə 100 il ömür verərsə bir dəfə tam ixtiyarla günah etməyəsiniz. Bu ən böyük zikrdir. Əməldə olan zikrdir. Bu zikri edənlər Allahın yardımı ilə Cənnət əhlidirlər. -Vasvaslığa düçar olmuşam və çox şəkk edirəm. Nə edim? -"La ilahə illəllah" zikri bunun əlacıdır. -Tez-tez əsəbləşənlərə hansı əməli tövsiyyə edirsiniz? -Əsəbləşməmişdən öncə çoxlu salavat desinlər. Oxşar xəbərlər
|