26 il dilinin altında daş gəzdirən təbrizli alim
Mьəllif: admin1
Tarix: 19-05-2021, 11:01
26 il dilinin altında daş gəzdirən təbrizli alim
hicri-qəməri tarixinin 1882-ci ilində Təbrizdə alim ailəsində dünyaya gəlmiş Ağa Qazi Təbrizidən gedir

“Ənvari Derəxşan” təfsirini yazan alim Məhəmməd Hüseyni Həmədani Ağa Qazi Təbrizi haqda xatirələrini nəql edərkən bu məsələyə toxunub

O deyib: Qəvvam mədrəsəsinin bir küncündə Ağa Qazi Təbrizinin kiçik bir hücrəsi (otaq) var idi. Ustad Ağa Qazi Təbrizi ailəli olsa da gecələrin az bir qismini öz evində keçirər əsasən burada qalardı.

Sonradan başa düşdüm ki onun böyük ailəsi var ama evi çox darısqaldı. Buna görə o mədrəsənin heç kim qalmadığı kiçik otağını özünə ixtiyar edib gecələri səhərə qədər ibadət və mütaliə ilə keçirərdi.

Gecələr daima bu otağın qapısından münacat və sakit ağlamaq səsləri gələrdi. Mən ömrümdə Ağa Qazi Təbrizidən gördüklərimi yalnız Mərhum Naini və İsfahanidə görmüşdüm.

Ağa Qazi Təbrizi həmişə sakit durardı və danışmazdı. Hamı onu bu şəkildə tanıyırdı. Çox zaman cavab verməkdən belə çəkinərdi.

Amma bir dəfə danışan zaman ağzının içində yeri göyərmiş bir qabar çalmanı gördüm. O zaman soruşdum cavabımı vermədi.

Başqa bir dəfə “Ağa təlim və öyrənmək məqsədilə soruşuram” deyərək israr etdim yenə cavabımı vermədi. Bir müddət keçdikdən sonra onunla tək olduğumdan istifadə edib yenidən hərəkətə keçdim. Ağa mənin israrımı görüb nəhayət ki dilə gəldi:

"Seyyid Məhəmməd bil ki Allaha seyri-süluk etmək yolunda çoxlu məşəqqətlər görmək labüddür. Bu zaman çoxlu tələb etdiyin məsələlərdən keçməlisən.

Mən gənclik illərimdən bu fikirdə idim ki dilimin yüyənini ələ almaq üçün bir iş görməliyəm ki onu kontrol edə bilim. Buna gör 26 il ağzımda daş və torpaq saxladım. Bunlar da o zamandan qalan izlərdir.”

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031