Aristotel, Platon və Sokrat peyğəmbər idilərmi?
Kuroş, Pifaqor, Aristotel, Platon və Sokrat kimi tarixdə mühüm izlər buraxmış insanların peyğəmbər olması fikri nə dərəcədə doğrudur?
İslaminSesi - Son zamanlarda bəzi islam tədqiqatçıları Kuroş, Pifaqor, Aristotel, Platon və Sokratın fikirləri və onların yaşadığı dövrlərdə atdıqları mühüm addımlara görə onların peyğəmbər olduğunu ehtimal və təxmin edirlər. İddia edilir ki Ayətullah Cavadi Amilidən bu haqda nəzər irəli sürülüb. İddia edilir ki ayətullah Cavadi Amilinin fikrinə görə, Kuroş, Pifaqor, Aristotel, Platon və Sokrat peyğəmbər olmuşdur. Amma bu fərdlərin peyğəmbər olmasına dair Ayətullah Cavadi Amilinin dilindən gələn konkret bir münasibət yoxdur Həqiqətdə bu beş nəfər peyğəmbər idilərmi? Başqa bir riyaziyatçı və ya tanınmış filosofların peyğəmbər olması fikri doğrudurmu? Ümumi cavab: Qurani-Kərimdə, Peyğəmbər və Əhli-Beytdən nəql olunan hədislərdə bu şəxslərin peyğəmbər olmasına dair bir dəlil yoxdur. Ancaq bəzi mütəfəkkirlər bu şəxsiyyətlər tərəfindən irəli sürülmüş ilahi təlimlərə diqqət göstərməklə, ehtimal baxımından (qəti surətdə yox) onların peyğəmbər olmasının mümkün ola bilməsini müzakirə etmişlər. Bu barədə din mütəfəkkirlərindən birindən nəql olunur ki, Orta Şərq tarixi göstərir ki, Aristotel, Sokrat və s. kəslər həzrət İbrahimin şagirdlərindən olmuşdur. Çünki o zamana qədər Orta Şərq camaatı ya inkarçı, ya da müşrik olmuşlar. Həzrət İbrahim birinci dəfə tövhid üçün dəlil-sübut irəli sürdü. Bundan sonra dünya məsələnin nə olduğunu anladı. İbrahim düşüncəsi bütün Orta Şərqi, Yunanıstanı öz ağuşuna aldı və nəticədə aristotellər, sokratlar tərbiyə olundular. Koruşa gəlincə, Quranda bəyan olunan xüsusiyyətlərə və tarixçilərin nəzərlərinə diqqət etməklə aydın olur ki, bəziləri Zülqərneynin Koruş olduğuna inanırlar. Əlbəttə, bu mətləbin isbatı bir az çətindir. Təfsirçilərin hamısı bu əqidədədirlər və bir çox rəvayətlərdə gəlmişdir ki, Zülqərneyn peyğəmbərlərdən olmamışdır, əksinə, Allah bəndələrindən olan saleh bir bəndə olmuşdur. İmam Baqir buyurmuşdur ki, Zülqərneyn peyğəmbər deyildi, lakin Allahın sevdiyi bir saleh adam idi Buna görə əgər Koruş və Zülqərneyn eyni adam olsa belə, Koruşun peyğəmbər olması sübuta yetməyəcəkdir. Bu adamlardan başqa, heç bir filosof və ya riyaziyyatçı üçün peyğəmbər olmalarına dair bir iddia sübuta yetirilməmişdir. Fərid Abdullah Oxşar xəbərlər
|