Mənəvi qapıların üzünüzə bağlanmasının birinci səbəbi - qəzəbdir
Mьəllif: admin1
Tarix: 19-05-2021, 10:57
Mənəvi qapıların üzünüzə bağlanmasının birinci səbəbi - qəzəbdir
Bismilləhir Rahmənir Rahim.

Assalamu aleykum! Xasiyyətiniz yumuşalmasa, incəlməsə - mənəvi aləmdən bir şey əldə edə bilməyəcəksiniz! Özünüzü boş yerə yormayın.

Əgər gündə evdə bir neçə dəfə əsəbləşib zəhərə dönürsünüzsə, o biri tərəfdən də ürfani kitablar oxuyur, mənəvi bir dərəcəyə çatmaq istəyirsinizsə - alınan şey deyil.

Əllamə Təbatəbai xasiyyətini o yerə qədər incəltmişdi ki, heç vaxt heç kimlə dava etməzdi. Bir gün Qumda yol gedirdik. Bir dəstə uşaq velosipedlə o tərəf bu tərəfə şütüyür, əylənirdilər.

Necə oldusa, uşaqlardan biri gəldi velosipedlə Əllaməni vurub yıxdı. Biz olsaydıq, nə qədər yaxşı adam olsaq belə, qalxıb uşağa bir söz deyər, acıqlanardıq. Amma Əllamə durdu ayağa, əvvəl getdi uşağı qaldırdı... Soruşdu ki, sənə bir şey olmayıb, əzilməmisən?

Uşaq dedi yaxşıyam. Əllamə şükür edib, uşaqla sağollaşdı və yoluna davam etdi...

Bütün hədisləri bir yerə toplasaq, ümümi bir nəticə çıxarmaq olar: cavanları ən çox ziyana salan şey - qəzəbdir. Mənəvi qapıların üzünüzə bağlanmasının birinci səbəbi - qəzəbdir. Yəni əsas problemlər onunla əlaqəlidir.

Əlhəmdulillah, görürsən hər şeyi qaydasında - əlində təsbehi, barmağında üzüyü, saqqalı xətli, zahirdə mömin bir cavandır. Çöldə çox ədəbli, mömin görsənir. Elə ki, evə gedir - anası ilə kobud danışır.

Hələ soruşsan harada idin, qürurla deyir "Kumeyl duası"na getmişdim. Nə "Kumeyl"?! Bəzi adamlar 40 ildir "Kumeyl" duasına gedirlər, amma evdə həyat yoldaşları ilə düzgün rəftar etməyi öyrənməyiblər. Sən hələ 40 ildir dilini kontrol edə bilməmisən. Nə faydası?!

Həzrət Əli (ə) demişkən, ruhumuzu mühasibə etsək, yaxşı götür-qoy etsək - görərik ki, əksər rəhmət qapılarının üzümüzə bağlı qalmasına bais olan - həmin qəzəbdir.

Qəzəb məsələsini həll edə bilsə, insanın çox qapılar üzünə açılar...

Ayətullah Ustad Fatiminiya


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031