Qiyamət nə zaman baş verəcək?
Rəvayətə görə, Qüreyş tayfasından bir neçə nəfər qonşu əyalətdəki yəhudi alimlərlə görüşüb, həzrət Məhəmmədi (s) susdurası suallar hazırlayırdılar. Bu suallardan biri də, qiyamətin nə zaman bərpa olacağı idi. Onlar həzrətin hüzuruna gəlib bu sualı verəndə, ayə nazil oldu: «Səndən qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq? De ki, o ancaq Rəbbimə məlumdur». («Əraf» surəsi, ayə 187.)
Belə bir sual ortaya çıxır ki, bu hadisədən hətta peyğəmbərlərin xəbərsiz qalmasının səbəbi nədir? Təfsirçilər belə qeyd edirlər ki, əgər qiyamət saatı məlum olsaydı, kimi uzaq görüb arxayınlaşar, kimi də yaxın görüb təsirlənərdi. Bu hadisənin bütün insanlara hər zaman təsirli qalması üçün onun vaxtının qeyri-müəyyən qalması zəruri idi. Bütün planetlərin orbitindən çıxıb parçalanacağı, günəşin və ulduzların sönəcəyi, o ağır intizarı insanı, heyvani hisslərdən uzaqlaşdırır, onu böyük sorğu haqqında düşünməyə sövq edir. «Qiyamət» surəsində buyurulur: «Gözlərin heyrətdən bərələcəyi, ay tutulacağı, günəşlə ay birləşəcəyi zaman ‒ məhz o gün insan «qaçıb qurtarmağa yer haradadır», soruşacaq. Xeyir, heç bir sığınacaq olmayacaq. O gün duracaq yer, ancaq Allahın huzurudur!».http://nur-az.com/ Oxşar xəbərlər
|