Tanınmış səhabə İbni-Abbasın ən çox bəhrələndiyi hədis
İnsanlar həyatda sevinc və kədərlə qarşılaşırlar. Onların sevinc meyarı, kədər və narahatçılıq meyarı da şəxsiyyətlərinə görə dəyişir.
İnsanları əksəriyyətinin sevinc amili dünya və dünya malıdır. Bunu əksi də doğrudur. Onların kədər amillərinin əksəriyyəti də dünya və dünya malına görədir. Bəs Allaha inanclı olan şəxs hansı işlərə sevinməli və hansı işlərdə kədərlənməlidir. Nəhcül-Bəlağədə 221-ci xütbədə deyilir: “İbni Abbas deyir: Əmirəl-möminin Əli ibni Əbi-Talib həmişə bunu deyərdi və mən peyğəmbərin kəlamlarından sonra bunun qədər heç bir hədisdən bəhrə ala bilməmişəm. O (imam) deyərdi: Bəzən kişi elə bir şeyin əldə edilməsinə görə sevinir ki onsuzda onu əldə edəcəkdi və bəzən də elə bir şeyə görə narahat olur ki onsuzda onu əldə edə bilməyəcəkdi (yəni insanın dünya malına görə boş yerə canfəşanlıq etməsi əbəsdir). Ey ibni Abbas sənin sevincin axirət üçün nəyisə əldə etdiyinə görə olsun! Və təəssüfün də axirət yolunda nəyisə itirdiyinə görə olsun.” Oxşar xəbərlər
|