Niyə müsəlman İmam zamanı (ə.f) görməkdən məhrumdur?
Hədislərdə gəlib ki İmam Zamanla görüşdüyü iddiasında olanları ciddiyə almayın. Məhz bu səbəbdəndir ki övliyalar imamla görüşsələr belə onu gizlədərdilər.
Onlar yalnız bəzi xüsusi şagirdləri tərəfindən davamlı israrı gördükdə imamdan müəyyən bir məsələdə tövsiyələr aldığını dilə gətirər və bu məsələnin onların diri olduğu halda yayılmamasını şərt kəsərdilər. Amma bu həqiqətdir ki hazırda yer üzündə Allahın höccəti olan İmam Mehdi (ə.f) nadir övliyalar istisna olmaqla heç bir insanın gözünə dəyməyib və onu hiss etməyib. Bəs bizlər imam Zamanın görüşündən onu hiss etməkdən niyə məhrum qalmışıq? Əllamə Məclisi Biharul-Ənvar əsərində İmam Zamanın özündən nəql olunan hədisi gətiribdir. İmam şiələrin onunla görüşməkdən məhrum qalmasının səbəbini belə açıqlayıb “Əgər bizim şiələrimizin qəlbləri əhdi-peymana əməl etməkdə bir olsaydı, bizimlə görüşməyin səadətindən məhrum olmazdılar. Əgər belə olsaydı onlar bizim haqqımızı tanıyaraq və təsdiqli şəkildə müşahidə etmək səadətinə malik olardılar. Bizi onlardan ayıran məsələ yalnız, onlarda olan və bizim ikrah etdiyimiz əməllərdir” Oxşar xəbərlər
|