İmam Zamanda (ə.f) beş peyğəmbərin (s) xüsusiyyəti vardır
Mьəllif: admin1
Tarix: 1-12-2017, 21:49
İmam Zamanda (ə.f) beş peyğəmbərin (s) xüsusiyyəti vardır
İmam Zaman ağa (ə.f):
1. Yunus (ə) peyğəmbərə bənzəyir. Həzrət də Yunus (ə) kimi qeyb olduqdan sonra, ümmətinə tərəf qayıdacaqdır. Onların arasından gedəndə cavan idi, qayıdan zaman qocalmışdı. İmam Sadiq (ə) Hənnan ibn Sədirə buyurur: “Allahın iradəsi belədir ki, keçmiş peyğəmbərlərin (ə) sünnətini bizim Qaimin (ə.f) qeybi barəsində həyata keçirtsin. Ona görə də onların qeyb müddətinin cəmi onun haqqında həyata keçəcəkdir”.

2. Yusif (ə) peyğəmbərə bənzəyir. Yusif (ə) necə ki, öz millətindən, qohumlarından qaib idi və qeyb olması atası Yəqub (ə) üçün çətin idi, İmam Zaman ağa(ə.f) ilə da bağlı elədir. O, da öz davamçılarından qaibdir və qeybi aşiqləri üçün ağırdır.

3. Musa (ə) peyğəmbərə bənzəyir. Həzrət Məhdi (ə.f) də Həzrət Musa (ə) kimi gizli dünyaya gəlmişdir. Öz davamçılarından qeyb oldu və qayıdan zaman Firona qalib gəldi.

4. Həzrət İsaya (ə) bənzəyir. Həzrət İsanın (ə) diri olması ilə bağlı bəzi cammatda şəklər olduğu kimi Həzrət Məhdinin (ə) də sağ olması ilə bağlı belə şəkk və fikri vəsvəsələr vardır.

Bu sırada Həzrət Salehin (ə) qeybi xüsusiyyətinə də toxunmaq yerinə düşər. Həzrət Salehin (ə) qeybi barəsində İmam Sadiq (ə) buyurur: “O, uzun müddət qeyb olmuşdu. Qayıdan zaman qiyafəsi tamamilə dəyişmişdi. İnsanlar ona qarşı üç dəstə olmuşdular. Bəziləri onu təsdiq edir, bəziləri inkar edir, bəziləri də şəkk içində idilər”. İmama (ə) sual verirlər ki, Saleh qaib olan zaman ümmətinin içində alimlər vardırmı ki, onları düz yola hidayət etsin? İmam (ə) buyurur: “Allah ondan da alimdir ki, yer üzünü insanları Allaha dəvət edən alimsiz saxlasın”.

5. O, öz cəddi İslam Peyğəmbərinə (s) bənzəyir. İmam (ə.f) da cəddi Rəsuli-Əkrəm (s) kimi qılıncla qiyam edəcəkdir, Allahın, Rəsulun (s) düşmənlərini məhv edəcəkdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930