İnsanların bu 8 dəstəsindən uzaq olun
Həzrət İmam Sadiqə (ə) sual verirlər: “Siz bütün bu xəlqi insan kimi görürsünüzmü?”. İmam (ə) buyurur: “İnsanların bu bir neçə dəstəsini kənara qoyun.
1. O kəs ki, misvak etməz. 2. O kəs ki, dar yerdə ayaqlarını açıb əyləşər. 3. O kəs ki, ona aid olmayan işə qarışar. 4. O kəs ki, elmi olmayan şeyə görə mübahisə edər. 5. O kəs ki, heç bir xəstəliyi olmadan özünü xəstə göstərər. 6. O kəs ki, hər müsibətə pərişan olar. 7. O kəs ki, düzgün məsələdə eyni nəzərdə olan ətrafındakılarla müxalifətlik edər. 8. O kəs ki, ataları ilə lovğalanar, halbuki atalarında olan yaxşı rəftarlar onda olmaz”. (Tebyan) /Deyerler.org/ Oxşar xəbərlər
|