Quranda düzlük və sədaqət
Mьəllif: admin1
Tarix: 26-06-2020, 19:32
Quranda düzlük və sədaqət
İslamın yalana olan münasibəti bəlli oldu. Burada düzlük və sədaqət barədə də söhbət açmağı məqsədəuyğun hesab edirik. “Tövbə” surəsinin 119-cu ayəsində deyilir: «Ey iman gətirənlər! Allahdan qorxun və [imanında, sözündə, işində] doğru olanlarla olun!...»

Başqa bir ayədə isə Allah-taala düz danışan və düz yolda olanlara böyük nemət

(Cənnəti) müjdə verir: «Allah buyurdu: Bu, [qiyamət günü] elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları [ağacları] altında çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi olaraq qalacaqlar. Bu, [möminlər üçün] böyük uğur və qurtuluşdur!»(“Maidə”, 119)

Peyğəmbər (s) bu haqda buyurur: Qiyamət günü sizlərdən mənə ən yaxın olanınız düz danışanlarınızdır.

Әli (ə) buyurur: Düz danışmaq böyük şərəf və ucalıqdır.

Başqa bir yerdə buyurur: Düz danışmaq ədalətlə qardaşdır.

İmam Sadiq (ə) buyurur: Allah elə bir peyğəmbər göndərməmişdir ki, düz danışan və əmanətdar olmasın.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930