Fatimeyi Zəhradan (s) ibadətlərin hikməti haqda möhtəşəm hədis
Mьəllif: admin1
Tarix: 25-05-2022, 23:14
Fatimeyi Zəhradan (s) ibadətlərin hikməti haqda möhtəşəm hədis
Allahın bizə əmr etdiyi hər bir ibadətin özünəməxsus hikmət və səbəbi vardır. Qadağan edilən işlərin də özünəməxsus hikmət və fəlsəfəsi vardır.

İnsana edilən əmrlər və qoyulan qadağalar Allahın özünə görə deyil, insanın və onun təkamül etməsinə görədir. Onun bizim ibadətlərimizə ehtiyacı yoxdur.

Biz ibadət edib haramdan çəkinsək yaxud da bunun əksini etsək Allahın hakimiyyətinə heç bir xələl gəlməz.

Bizə vacib edilən ibadətlərin hikmət və fəlsəfəsi barədə müəyyən hədislər ayələr olsa da bu, onların tam səbəbini ortaya qoymur.

Demək olar ki ayə və hədislərdə buyurulan hikmətlər ibadətlərin ümumi və əsas fəlsəfəsini bizə çatdırır.

İbadətlərin vacib edilməsinin hikməti haqda hz Fatimeyi Zəhradan (s.ə) belə bir hədis nəql edilir:

“Allah imanı siz insanların şirkdən təmizlənməsi üçün, namazı təkəbbürlükdən uzaqlaşmaq, zəkatı özünüzün təmizlənməsi və malınızın artması, orucu ixlasınızın möhkəmlənməsi, həcci isə dinin bərpası üçün vacib edibdir”

İnsan iman gətirməklə Allaha şərik qoşmaqdan, onun kənarında digər qüvvələrin olması fikrindən uzaqlaşır. Bütün şəraitlərə malik olan namaz qılınarsa insan təkəbbür və lovğalıqdan uzaqlaşar.

Namazda olan səcdələr, rükular, yalvarışlar və iltimaslar insanı mütləq qüvvə qarşısında əyir və onu təvazökar kimi formalaşdırır. Zəkat verməklə insan malının qalması və artmasını təzmin edir. Oruc tutan insan isə öz ibadətini kimsəyə nümayiş etdirə bilmir.

Məhz bu səbəbdən o riyadan və saxtakarlıqdan uzaq olur və ixlası formalaşır. Nəhayət həcc əməli isə müsəlmanların bir bölgəyə toplanması ilə dinin həqiqi mənada davam tapmasına zəmanət verir.



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031