ƏHLİ-BEYT ARDINCA GEDƏN HƏQİQİ İRFANA ÇATIR
Mьəllif: admin1
Tarix: 27-05-2016, 10:03
ƏHLİ-BEYT ARDINCA GEDƏN HƏQİQİ İRFANA ÇATIR
Nəfis və dəyərli olan şeylərin düşməni çoxdur. Çox qiymətli malın saxtası da çox olur. Məsələn, almaz çox qiymətli daş olduğundan digər daşları ona oxşadaraq almaz adı ilə satmağa çalışanlar çoxdur. Həqiqi irfana çatmaq üçün kamil ixlasa, düzlüyə və əzmkarlığa ehtiyac vardır. İrfanın da mərhələləri vardır. Hər kəs səy və tutumuna uyğun mərhələyə çata bilər. Mümkündür ki, milyon insan arasında yalnız bir neçə nəfər irfanın ali mərtəbəsinə çata bilsin. Qiymətli mala olan sevgi ona saysız-hesabsız müştəri toplayır. Müştərinin çoxluğu və həqiqi malın ələ gətirilməsinin çətinliyi saxta mal təklif edənlərin də sayını artırır. Təəssüf ki, müasir dünyamızda saxta irfan bazarı ayaq tutub yeriyir. Belə bir vəziyyətdə həqiqi irfanı necə təyin edək ki, son kamillik məqamına çata bilək?
Bu mühüm məqsədə çatmaq üçün Əhli-beyti və onun məktəbini yaxşıca tanımaq və hər bir şeyin həqiqətini onun məhək daşında yoxlamaq lazımdır. Əldə edilən hər bir məlumat, qarşıya çıxan hər bir göstəriş Əhli-beyt buyuruqları ilə tutuşdurulmalı, bununla uyğun gələnlər həqiqət hesab olunmalıdır. Bu üsuldan istifadə etməklə bəşər tarixi boyu hazırlanmış təkamül proqramlarının nə dərəcədə faydalı olub-olmadığını müəyyən etmək olar.
Bu mövzuda nəql olunmuş rəvayətlərdən biri də imam Sadiqin (ə) Əbdullah ibn Cündəbə vəsiyyətidir. Yaxın səhabələrdən olan Əbdullah ibn Cündəb yüksək mənəvi və irfani məqama nail olmuşdu. Bu vəsiyyətdə İmam (ə) doğru yol yolçularını qarşıdakı böyük təhlükələrdən xəbərdar edir. Şükürlər olsun ki, dinlərin ən kamili olan İslamı və İslamın ən kamil olan Əhli-beyt məktəbini seçmişik.http://nur-az.com/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031