Qeylulə yuxusunun zamanı və faydası
Qeylulə yuxusu zöhrdən əvvəldən başlayaraq, zöhrə qədərdir və zöhr namazından sonra başlayaraq, əsrin müstəhəb zamanına qədərdir.
Bu yuxu yorğunluğu aradan aparar və yeməyi həzm edər. İnsan elə yaradılmışdır ki, gecə və gündüz ərzində bir müddət oyaq qaldıqdan sonra istirahət etməyə ehtiyac duyar. Gün ərzində qısa bir zamanda yatmaq gücün yenilənməsinə səbəb olar. Hədislərimiz buyurur ki, qeylulə yuxusu – bir nemətdir. Gecə ibadəti üçün yaxşı yavərdir. Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Mənim güclü hafizəm var idi, ancaq indi unutqanlıq mənə qalib gəlir”. Həzrət (s) ona buyurur: “Qeylulə yuxusunu edirdin, indi tərk etmisən?”. Deyir: “Bəli”. Həzrət (s) buyurur: “Yenə də qeylulə yuxusunu et”. Həmin şəxs bu cür edir və hafizəsi geri qayıdır. www.ahliman.info Oxşar xəbərlər
|