Allah-Taalanın hansı adı Quranın surələri qədər Quranda istifadə olunub?
Mьəllif: admin1
Tarix: 9-01-2018, 10:29
Allah-Taalanın hansı adı Quranın surələri qədər Quranda istifadə olunub?
Sual: Allah-Taalanın hansı adı Quranın surələri qədər (114 dəfə) bu ilahi kitabda istifadə olunub?
Cavab: Allah taalanın “Rəhim” adı Qurani-Kərimdə 114 dəfə təkrar olunub.

Sual: Quranı bir yerə yığan ilk şəxs kim olmuşdur?
Cavab: Quranı bir yerə yığan ilk şəxs Həzrət Əli əleyhissalamdır.

Sual: Qurana ilk dəfə erab, yəni hərəkə qoyan kim olmuşdur?
Cavab: Qurana ilk dəfə hərəkə qoyan Əbul-əsvəd Duəlidir.

Sual: Allah tərəfindən yer üzünə neçə kitab gəlib?
Cavab: Allah tərəfindən yer üzünə nazil olan kitablar: 50 səhifə Həzrət Şueyb əleyhissalama, 30 səhifə Həzrət İdris əleyhissalama, 20 səhifə Həzrət İbrahim əleyhissalama, eləcə də Tövrat, İncil, Zəbur, Qurani-kərim nazil olmuşdur.

Sual: Neçə peyğəmbərin adı Quranda çəkilib?

Cavab: Bəzi peyğəmbərlərin adları Quranda bir neçə dəfə gəlmişdir, o cümlədən: Adəm peyğəmbərin adı–18 dəfə, Nuh–43 dəfə, İdris–2 dəfə, Hud–10 dəfə, Saleh–9 dəfə, İbrahim–69 dəfə, Lut–27 dəfə, İsmail–11 dəfə, Əlyəsə–2 dəfə, Zul-kəfl–2 dəfə, İlyas–2 dəfə, Yunis–4 dəfə, İshaq–17 dəfə, Yəqub–16 dəfə, Yusif–27 dəfə, Şüəyb–11 dəfə, Musa–163 dəfə, Harun–20 dəfə, Davud–16 dəfə, Süleyman–17 dəfə, Əyyub–4 dəfə, Zəkəriyya–7 dəfə, Yəhya–5 dəfə, İsmaili Sadiqil-vəd 1 dəfə, İsa–26 dəfə və Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in mübarək adı 4 dəfə Mühəmməd, bir dəfə isə Əhməd adı ilə zikr olunmuşdur. Bütün peyğəmbərlər içərisində 5 nəfəri “ulul-əzm”, yəni şəriət sahibləri olmuşlar. Bütün nəbi və mürsəl peyğəmbərlərin içərisində ən fəzilətlisi–onların sonuncusu Mühəmməd ibni Əbdillah (s)-dir.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930