Qaib İmamdan (ə.f) necə bəhrələnmək mümkündür?
Mьəllif: admin1
Tarix: 26-04-2024, 18:37
Qaib İmamdan (ə.f) necə bəhrələnmək mümkündür?
Imam Zaman ağa (ə.f) buyurur: “Ancaq qeybimdə məndən necə istifadə edəsiniz – günəşdən istifadə etmək kimidir, o zaman ki, buludlar onu nəzərlərdən gizlədər”.

Hədisin şərhi.

İmam (ə.f) bu nurani sözləri İshaq ibn Yəqubun sualına cavab olaraq yazmışdır. İmam (ə.f) bu hədisdə buludların arxasında gizlənən günəşə bənzədilmişdir.
Bu hədisdən bir neçə nəticə çıxartmaq olar:

1. Həzrət (ə.f) öz müqəddəs varlığını günəşə bənzətmişdir. Necə ki, günəş canlı varlıqların həyat mənbəyidir, hərarət və nur mənbəyidir, əgər olmazsa həyat məhv olar – mənəvi həyatın günəşi də İmamdır (ə.f). Mənəvi həyatın var olması üçün İmamın (ə.f) varlığı zəruridir.

2. Günəş bir məxluqdur və eyni zamanda canlıların hərarətindən bəhrələnmək vasitəsidir. İmam (ə.f) da insanların İlahi feyz almaq vasitəsidir. Onun vasitəsilə insanlar hidayət kimi nəhəng nemətə çatarlar.

3. Necə ki, insanlar daima günəşin buludların arxasından çıxmasını gözləyər ki, onun varlığından kamil istifadəni edə bilsinlər, qeyb əyyamında da insanlar Həzrətin (ə.f) zühurunun intizarındadırlar.

4. Necə ki, bulud tamamilə günəşin üstünü örtə bilmir, nuru yer əhlinə çatır – qeyb də Həzrətdən (ə.f) bəhrələnməyə mane ola bilmir. İnsanlar onu görməsə də mübarək, varlığından bəhrələnirlər.

5. Həzrətin varlığını inkar edən – günəşi inkar edən kimidir.

6. O yerlərdə ki, hava bir qədər buludlu olar, bəzən günəş bu buludları yarar və özünü göstərər. İnsanların bəzisi onu görməyə nail olarlar. Alimlərin bəzisi də İmamın (ə.f) mübarək varlığından bəhrələnə bilirlər.

7. Günəşin hərarətindən həm dindar və həm də dində olmayan insanlar bəhrələnirlər. İmam Zaman ağanın (ə.f) varlığının bərəkəti də bütün aləmi bürümüşdür, baxmayaraq ki, onu tanımırlar.

8. Necə ki, günəşin şüasi pəncərələrin ölçüsü qədər otağa daxil olar, insanların İmamdan (ə.f) bəhrələnmək miqdarının da müəyyən qədəri var. İnsan hər nə qədər maneələri kənara çəksə, Həzrətin (ə.f) bərəkətindən daha çox faydalana bilər.

9. Necə ki, buludlar günəşi məhv etməz, İmamın , (ə.f) qeybi də sadəcə zahir olmasına mane olar.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930