“Bismillah” tövhid rəmzidir
Mьəllif: admin1
Tarix: 12-12-2021, 19:29
“Bismillah” tövhid rəmzidir
1. “Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Riza (ə) buyurmuşdur: “Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.” (“Təfsiri-Nurus-səqəleyn”.)

2. “Bismillah” tövhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. “Allah” adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir. İşə Allah və Məhəmməd (s) adı ilə başlamaq da qadağan olunmuşdur. (“İsbatul-huda”, c. 7, s. 482.)

3. “Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir. (“Qəsəs”, 88.)

4. “Bismillah” Allaha eşq və Ona təvvəkkül rəmzidir. Rəhman və Rəhim olan kəsə sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.

5. “Bismillah” təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.

6. “Bismillah” bəndəlik yolunda ilk addımdır.

7. “Bismillah” şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.

8. “Bismillah” işlərin paklıq və sığortalanma səbəbidir.

9. “Bismillah” Allahın zikridir. Yəni “bismillah” deyən kəs Allahı unutmadığını bəyan edir.

10. “Bismillah” insanın məqsədini açıqlayır. İnsan “bismillah” deməklə izhar edir ki, Pərvərdigara, hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!

11. İmam Riza (ə) buyurmuşdur: “Bismillah” ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.” (“Təfsiri-Rahnüma”.)/nur-az.com/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930