Nəfsi tənbeh etmək, təfəkkür, əzm, müşaritə, müraqibə, mühasibə – nəfslə cihad etməyin mərhələləri
Mьəllif: admin1
Tarix: 4-06-2016, 18:37
Nəfsi tənbeh etmək, təfəkkür, əzm, müşaritə, müraqibə, mühasibə – nəfslə cihad etməyin mərhələləri
Nəfsi tərbiyə etməyin ilk addımı mücahidədir, yəni cihad etməkdir. Yəni, kamal yolunda olan maneələri aradan qaldırmaqdır. Əgər bunu etməsək, tərbiyə nəticə verməyəcəkdir. Dini tərbiyənin əsil xüsusiyyəti odur ki, insanı xaricdən tərbiyə etməzdən əvvəl, insanın öz mənliyini özünə göstərəsən. Zəif və qüvvətli cəhətlərini yada salasan ki, özü tərbiyə olmaq üçün can atsın, hərəkət etsin. Qarşısında olan maneələri aradan qaldırmaq üçün səy göstərsin.
Mücahidə iki cür olur: daxili və xarici. Hər ikisi insan tərbiyəsində mühüm rola malikdir.
Nəfsi tərbiyə etmək üçün bir neçə nöqtəyə diqqət etmək lazımdır:
1. Nəfs və onun təhlükələri. Nəfslə cihad etmək üçün nəfsi tanımaq lazımdır. Nəfsin ilk mərtəbəsi – əmmarə nəfsidir ki, insana daxildən pisliklərə əmr edər. Həzrət Peyğəmbər (s) onu ən qatı düşmən adlandırmışdır. Əmmarə nəfs bütün xataların və yolunu azmaqların səbəbi hesab olunur. Quranın nəzərinə görə nəfsinə itaət etmək bir növ müşriklərə pərəstiş etmək deməkdir. Ağıl gözünü kor edər və qəlbi zülmətə bürüyər, insanı İlahi mənlikdən məhrum edər. Quran buyurur: “Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. (“Casiyə” 23).
İmam Sadiq (ə) nəfsdən insanla Allah arasında olan ən dəhşətli və ən qaranlıq pərdə kimi söz açmışdır. İnsan nəfsinə qərq olarsa, onu öz dərinliklərinə çəkdikcə çəkər. İnsanın nicat tapması üçün ümid qalmaz. O zaman ki, bu şeytani nəfsin qüdrəti artar, bütün bədən üzvlərini özünə itaət emtəyə vadar edər. Kiçik günahlardan başlayıb, böyük günahlara qədər çəkər.
2. Mücahidənin zəruri olması. Nəfsin təhlükələrindən söz açdıqdan sonra onunla cihad etməyin nə qədər zəruri olduğunu anlamaq olar. Həzrət Peyğəmbər (s) bu cihadı “əkbər cihad” adlandırmışdır. İnsan ömrünün sonuna qədər bu əkbər cihadla məşğul olmalıdır. İmam Əlinin (ə) nəzərinə görə, nəfslə cihad – ən üstün cihaddır.
Ona görə də əgər insan nəfsinə hakim olmaq istəyirsə çarəsiz gərək məhdudiyyətləri qəbul etsin ki, nəfsindən azad ola bilsin. İmam Əli (ə) Malik Əştərə buyurur: “Sən gərək özünün maliki olasan. Nəfsin halal olmayan istəklərinə qarşı simiclik edəsən ki, nəfsə qarşı simiclik etmək – onun haqqında insafın eynisidir”.
İmam Əli (ə) Bəsrə əmiri Osman ibn Hənif Ənsariyə məktubda belə yazır: “Həqiqətən, nəfsimi təvqa və məhdudiyyətlərlə təmrin edirəm ki, qorxulu Qiyamət günündə amanda olsun, o büdrəmələrdə sabit qalsın”.
Bəs nəfsimizi islah etmək üçün nə edək?
Əxlaq müəllimlərinin nəzərinə görə nəfsi islah etməyin mərhələri vardır ki, bir-birinin ardınca yerinə yetirilməlidir: ayılıb, nəfsini tənbeh etmək, təfəkkür, əzm, müşaritə, müraqibə, mühasibə.
Nəfsini tənbeh etmək – o deməkdir ki, qəflətdən ayılasan və özünü tərbiyə etməyi qərara alasan. Necə ki, xəstə əgər xəstəliyinə diqqət etməzsə, onun müalicəsini də düşünməz – insan əgər qəflətdə olduğunu dərk etməzsə, nəfsinin tərbiyəsi ilə də məşğul olmaz. İmam Əlinin (ə) nəzərinə görə, qəflət – ən çox ziyan vuran düşməndir, xəstəliyin bir növüdür və qəlbin ölməsinə səbəb olar.
İnsan qəflətdən ayılandan sonra təfəkkür etməlidir və kim olduğunu, bu dünyaya nə üçün gəldiyini düşünməli, Xaliq haqqında təfəkkür etməlidir. Təfəkkür etmək insanın əməllərinə təsir qoyacaqdır.
Sonrakı addım – əzmdir. Yəni, qəti qərara gəlib, əzmlə nəfsinlə cihad və mübarizə aparırsan. Onun istəklərinə ram olmursan, ağlın dediklərini yerinə yetirirsən.
Müşaritə odur ki, nəfsinlə şərt kəsirsən və hər gün ona bəzi şeyləri təkrar edirsən. Xüsusilə də sübh namazından sonra. Ona deyirsən ki, ömür – mənim dəyərli sərmayəmdir və əgər əldən versəm, bütün varlığımı əldən vermiş olaram. Gözünə, qulağına, dilinə, əl və ayaqlarına, ürəyinə əmr edirsən ki, bu gün sənin sərmayəni bada verməsinlər.
Müraqibə o mərhələdir ki, insan nəfsi ilə şərt kəsəndən sonra günah etməməsi üçün bədən üzvlərinə nəzarət etməlidir. Çünki əgər qafil olarsa, bütün bu etdikləri bada gedər.
Mühasibə isə o mərhələdir ki, insan hər gecə öz əməllərini hesaba çəksin. Yaxşı əməllərinə görə Allaha şükür etsin və pis əməllərinə görə tövbə etsin. (İslami saytlara istinadən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930