MÜBARƏK ŞƏBAN AYININ AXIRINCI GÜNÜNÜN ƏMƏL VƏ DUALARI
İmam Rzadan (ə) nəql olunur ki, hər kəs mübarək Şəban ayının son üç gününü oruc tutub Ramazan ayına birləşdirərsə, Allah-Taala ona iki ayın orucunun savabını əta edər. Əbüssəlt Hərsi nəql edir ki, mübarək Şəban ayının son gecəsi İmamın hüzuruna getmişdim. Həzrət buyurdu: “Ey Əbussəlt, Şəban ayının çox hissəsi keçdi və bu gün Şəban ayının axırıncı cüməsidir. Şəban ayının qalan günlərində Allah-Taaladan keçən günlərdə qurşandığın günahların bağışlanmasını istə, Allahın xalis və saleh bəndələrindən olmaq istəyirsənsə, günahlarından tövbə et, Quran oxu, üzərindəki bütün haqları və əmanətləri ödə, qəlbindən kin-küdurəti çıxar, günah işlərdən uzaq ol, Allahdan həya et, hər zaman – gizli və aşkar – Allaha təvəkkül et. Allaha təvəkkül edən şəxsə Allah kifayətdir. Bu ayın son günləri və saatlarında bu duanı təkrar-təkrar oxumağı unutma:
اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ Duanın oxunuşu: Əllahummə illəm təkun ğəfərtə ləna fima məza min Şə`ban, fəğfir ləna fima bəqiyə minh. Duanın tərcüməsi: İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla! Həqiqətən, Allah-Taala bu gecə Ramazan ayının ehtiramına bir çox bəndələrini cəhənnəm odundan amanda saxlayacaq. Haris ibn Muğeyrədən nəql olunur ki, imam Sadiq (ə) mübarək Şəban ayının axırıncı günü və mübarək Ramazan ayının ilk gecəsi bu duanı oxuyardı: اَللّهُمَّ اِنَّ هذَا الشَّهْرَ الْمُبارَكَ الَّذى اُنْزِلَ فيهِ الْقُرآنُ، وَجُعِلَ هُدىً لِلنَّاسِ وَبَيِّناتٍ مِنَ الْهُدى وَالْفُرْقانِ قَدْ حَضَرَ، فَسَلِّمْنا فيهِ وَسَلِّمْهُ لَنا، وَتَسَلَّمْهُ مِنَّا فى يُسْرٍ مِنْكَ وَعافِيَةٍ، يا مَنْ اَخَذَ الْقَليلَ وَشَكَرَ الْكَثيرَ، اِقْبَلْ مِنِّى الْيَسيرَ، اَللّهُمَّ اِنّى اَسْئَلُكَ اَنْ تَجْعَلَ لى اِلى كُلِّ خَيْرٍ سَبيلاً، وَمِنْ كُلِّ ما لا تُحِبُّ مانِعاً، يا اَرْحَمَ الرَّاحِمينَ، يا مَنْ عَفا عَنّى وَعَمّا خَلَوْتُ بِهِ مِنَ السَّيِّئاتِ، يا مَنْ لَمْ يُؤاخِذْنى بِارْتِكابِ الْمَعاصى، عَفْوَكَ عَفْوَكَ عَفْوَكَ، ياكَريمُ، اِلهى وَعَظْتَنىفَلَمْ اَتَّعِظْ وَزَجَرْتَنى عَنْ مَحارِمِكَ فلَمْ اَنْزَجِرْ، فَما عُذْرى فَاعْفُ عَنّى يا كَريمُ، عَفْوَكَ عَفْوَكَ، اَللّهُمَّ اِنّى اَسْئَلُكَ الرَّاحَةَ عِنْدَ الْمَوْتِ، وَالْعَفْوَ عِنْدَ الْحِسابِ، عَظُمَ الذَّنْبُ مِنْ عَبدِكَ، فَلْيَحْسُنِ التَّجاوُزُ مِنْ عِنْدِكَ، يااَهْلَ التَّقْوى وَيا اَهْلَ الْمَغْفِرَةِ، عَفْوَكَ عَفْوَكَ، اَللّهُمَّ اِنّى عَبْدُكَ بْنُ عَبْدِكَ بْنُ اَمَتِكَ، ضَعيْفٌ فَقيرٌ اِلى رَحْمَتِكَ، وَاَنْتَ مُنْزِلُ الْغِنى والْبَرَكَةِ عَلَى الْعِبادِ، قاهِرٌ مُقْتَدِرٌ، اَحْصَيْتَ اَعمالَهُمْ، وَقَسَمْتَ اَرْزاقَهُمْ، وَجَعَلْتَهُمْ مُخْتَلِفَةً اَلْسِنَتُهُمْ وَاَلْوانُهُمْ، خَلْقاً مِنْ بَعْدِ خَلْقٍ وَلايَعْلَمُ الْعِبادُ عِلْمَكَ، وَلا يَقْدِرُ الْعِبادُ قَدْرَكَ، وَكُلُّنا فَقيرٌ اِلى رَحْمَتِكَ، فَلا تَصْرِفْ عَنّى وَجْهَكَ، وَاجْعَلْنى مِنْ صالِحى خَلْقِكَ، فِى الْعَمَلِ وَالْأَمَلِ وَالْقَضآءِ وَالْقَدَرِ، اَللّهُمَّ اَبْقِنى خَيْرَ الْبَقآءِ وَاَفْنِنى خَيْرَ الْفَنآءِ عَلى مُوالاةِ اَوْلِيآئِكَ، وَمُعاداةِ اَعْدآئِكَ، والرَّغْبَةِ اِلَيْكَ، والرَّهْبَةِ مِنْكَ، وَالْخُشُوعِ وَالْوَفاءِ وَالتَّسْليمِ لَكَ وَالتَّصْديقِ بِكِتابِكَ، وَاتِّباعِ سُنَّةِ رَسُولِكَ، اَللّهُمَّ ما كانَ فى قَلْبى مِنْ شَكٍّ اَوْ رَيْبَةٍ، اَوْ جُحُودٍ اَوْ قُنُوطٍ، اَوْ فَرَحٍ اَوْ بَذَخٍ اَوْ بَطَرٍ، اَوْ خُيَلاءَ اَوْ رِيآءٍ اَوْ سُمْعَةٍ اَوْ شِقاقٍ اَوْ نِفاقٍ، اَوْ كُفْرٍ اَوْ فُسُوقٍ، اَوْ عِصْيانٍ اَوْ عَظَمَةٍ، اَوْ شَىءٍ لا تُحِبُّ، فَاَسْئَلُكَ يا رَبِّ اَنْ تُبَدِّلَنى مَكانَهُ ايماناً بِوَعْدِكَ، وَوَفآءً بِعَهْدِكَ، وَرِضاً بِقَضآئِكَ، وَزُهْداً فِى الدُّنْيا، وَرَغْبَةً فيما عِنْدَكَ وَاَثَرَةً وَطُمَاْنينَةً وَتَوْبَةً نَصُوحاً، اَسْئَلُكَ ذلِكَ يا رَبَّ الْعالَمينَ، اِلهى اَنْتَ مِنْ حِلْمِكَ تُعْصى، وَمِنْ كَرَمِكَ وَجُودِكَ تُطاعُ، فَكَانَّكَ لَمْ تُعْصَ، وَاَنَا وَمَنْ لَمْ يَعْصِكَ سُكَّانُ اَرْضِكَ، فَكُنْ عَلَيْنا بِالْفَضْلِ جَواداً، وَبِالْخَيْرِ عَوَّاداً، يا اَرْحَمَ الرَّاحِمينَ، وَصَلَّىاللَّهُ عَلى مُحَمَّدٍ وَ الِهِ، صَلوةً دآئِمَةً لا تُحْصى وَلا تُعَدُّ، وَلا يَقْدِرُ قَدْرَها غَيْرُكَ، يا اَرْحَمَ الرَّاحِمينَ. Duanın oxunuşu: Əllahummə innə hazəş-şəhrəl mubarəkəlləzi unzilə fihil Qur`an, və cuilə hudən lin-nasi və bəyyinatin minəl huda vəl furqan, qəd həzərə fəsəllimna fihi və səllimhu ləna və təsəlləmhu minna fi yusrin minkə və afiəh, ya mən əxəzəl qəlilə və şəkərəl kəsirəqbəl minnil yəsir. Əllahummə inni əs`əlukə ən təc`ələ li ila kulli xəyrin səbila, və min kulli ma la tuhibbu mania, ya ərhəmər-rahimin, ya mən əfa ənni və əmma xələvtu bihi minəs-səyyiat, ya mən ləm yuaxizni birtikabil məasi əfvəkə əfvəkə əfvəkə ya kərim. İlahi vəəztəni fələm əttəiz, və zəcərtəni ən məharimikə fələm ənzəcir, fəma uzri fə`fu ənni ya kərimu əfvəkə əfvək. Əllahummə inni əs`əlukər-rahətə indəl məvt, vəl əfvə indəl hisab, əzuməz-zənbu min əbdikə fəlyəhsunit-təcavuzu min indik, ya əhlət-təqva və ya əhləl məğfirəti əfvəkə əfvək. Əllahummə inni əbdukəbnu əbdikə vəbnu əmətik, zəifun fəqirun ila rəhmətik, və əntə munzilul ğina vəl bərəkəti ələl ibad, qahirun muqtədirun əhsəytə ə`maləhum, və qəsəmtə ərzaqəhum və cəəltəhum muxtəlifətən əlsinətuhum və əlvanuhum, xəlqən min bə`di xəlq, və la yə`ləmul ibadu ilmək, və la yəqdirul ibadu qədrək, və kulluna fəqirən ila rəhmətik, fəla təsrif ənni vəchək, vəc`əlni min salihi xəlqikə fil əməl, vəl əməli vəl qəzai vəl qədər. Əllahummə əbqini xəyrəl bəqa, və əfnini xəyrəl fəna, əla muvalati əvliyaik, və muadati ə`daikə vər-rəğbəti iləykə vər-rəhbəti mink, vəl xuşui vəl vəfai vət-təslimi ləkə vət-təsdiqi bikitabik, vəttibai sunnəti rəsulik. Əllahummə ma kanə fi qəlbi min şəkkin əv ribətin əv cuhudin əv qunut, əv fərəhin əv bəzəxin əv bətərin əv xuyəlaə əv riyain əv sum`ətin əv şiqaqin əv nifaq, əv kufrin əv fusuqin əv isyanin əv əzəmətin əv şəy`in la tuhibb, fəəs`əlukə ya rəbbi ən tubəddiləni məkanəhu imanən bivə`dikə və vəfaən biəhdik, və rizən biqəzaikə və zuhdən fid-dunya və rəğbətən fima indək, və əsərətən və tumə`ninətən və təvbətən nəsuha, əs`əlukə zalikə ya rəbbəl aləmin. İlahi əntə min hilmikə tu`sa, və min kərəmikə və cudikə tuta, fəkəənnəkə ləm tu`sə, və ənə və mən ləm yə`sikə sukkanu ərzik, fəkun ələyna bil fəzli cəvada, və bil xəyri əvvada, ya ərhəmər-rahimin, və səlləllahu əla Muhəmmədin və alih, səlatən daimətən la tuhsa və la tuəddu və la yəqdiru qədrəha ğəyruk, ya ərhəmər-rahimin. Duanın tərcüməsi: İlahi, insanlara hidayət, hidayətinə dəlil və haqqı batildən ayıran Quranın nazil olduğu bu mübarək ay gəlib çatdı. Elə isə, bizi həmin ayda salamat et və onu da Öz tərəfindən olan asanlıq və sağlamlıqla bizdən qəbul et! Ey azı (az əməli) qəbul edən və (əvəzində) çoxlu təşəkkür edən (savab verən), bizim az əməlimizi qəbul et! İlahi, mən Səndən istəyirəm ki, mənim üçün bütün xeyirlərə doğru bir yol və sevmədiklərin qarşısında bir maneə qərar verəsən, ey mehribanların ən mehribanı! Ey məni və gizlində yerinə yetirdiyim günahları əfv edən! Ey günahlara qurşandığıma görə dərhal cəzalandırmayan! Sənin əfvini, əfvini, əfvini diləyirəm, ey kərim Allah! İlahi, mənə moizə etdin, amma ibrət almadım və haram buyurduğun işlərdən çəkindirdin, amma çəkinmədim. Bəs mənim üzrüm nədir?! Ey kərim Allah, Sənin əfvini, əfvini diləyirəm! İlahi, Səndən ölüm zamanı rahatlıq və hesab vaxtı əfv istəyirəm! Bəndənin günahları böyükdür. Buna görə də, Sənin tərəfindən olan güzəşt gözəl olmalıdır, ey təqva və məğfirət sahibi! Sənin əfvini, əfvini diləyirəm! İlahi, həqiqətən, mən Sənin bəndən, bəndənin və kənizinin oğluyam, zəifəm və Sənin rəhmətinə möhtacam. Sən bəndələrinə zənginlik və bərəkət nazil edənsən. Qəhr edən və iqtidar sahibisən. Bəndələrinin əməllərini sayıb ruzilərini bölüşdürdün, dil və rənglərini bir-birindən fərqləndirdin. Bəndələr Sənin elmindən xəbərsizdir və Sənin qədrini bilmirlər! Hamımız Sənin rəhmətinə möhtacıq! Elə isə, məndən üz çevirmə, məni rəftar və arzularımda, qəza və qədərlə bağlı işlərdə yaratdıqlarının əməlisalehlərindən təyin et! İlahi, məni Sənin dostlarınla dost və düşmənlərinlə düşmən olan, Sənə rəğbət bəsləyən, Səndən qorxan, Sənin dərgahında təvazökar, vəfadar və təslim olan, kitabını təsdiqləyən və Peyğəmbərinin sünnəsinə tabe olan halda – ən yaxşı halda dünyada saxla və ən yaxşı halda da dünyadan apar! İlahi, ey mənim Rəbbim, Səndən istəyirəm ki, qəlbimdəki şəkk, tərəddüd, inkar, ümidsizlik, fərəh, öyünmək, israfçılıq, təkəbbür, xudbinlik, riya, şöhrət, ayrılıq, ikiüzlülük, küfr, günah, üsyankarlıq, qürur və yaxud Sənin sevmədiklərini vədinə iman, əhdinə vəfa, qəza-qədərinə razılıq, dünyada zahidlik, Sənin yanında olanlara rəğbət, fəzilət, arxayınlıq, tövbə və saflıqla dəyişəsən! Ey aləmlərin Rəbbi, Səndən bunları istəyirəm! İlahi, səbrinə görə Sənə qarşı günah edirlər, ehsan və kərəminə görə Sənə itaət edirlər, sanki Sənə itaətsizlik olunmayıb! Mən Sənə qarşı itaətsizlik etməyənlərlə birgə Sənin yaratdığın yerdə sakinik. Öz fəzlinlə bizə ehsan et və xeyirlə bizə nəzər sal! Ey mehribanların ən mehribanı! Allahın daimi, saysız-hesabsız, sayını Ondan başqasının bilmədiyi qədər salamı olsun Mühəmməd və onun Əhli-beytinə, ey mehribanların ən mehribanı! (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Şəban ayının fəzilət və əməlləri” bölümü.) Rza Şükürlü maide.az Oxşar xəbərlər
|