Şeytan (lən) pusquda durub ki, biz şükür edənlərdən olmayaq
Mьəllif: admin1
Tarix: 26-04-2024, 18:42
Şeytan (lən) pusquda durub ki, biz şükür edənlərdən olmayaq
Qurani-Məcidin nəzərinə görə zikr – qəlb halı və xalis əməl olaraq, hər bir həqiqətdən daha ucadır. Ancaq şükür etmək kamal sifətlərdən olduğu üçün, zikrə yaxın qərar verilmişdir.

Quran buyurur: “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr və nemətlərimə nankorluq etməyin”. (“Bəqərə” 152).

Allah Təala bu ayədə buyurur ki, əgər Mənə şükür etməsəniz, nemətə küfr edənlərdən olarsınız ki, bu əməlin cəzası ağırdır.

Qurani-Kərimin başqa yerində buyurulur: “Əgər şükür etsəniz və iman gətirsəniz, Allah sizə əzab verməyi nə üçün etməlidir (Onun buna nə ehtiyacı və bunun Ona nə xeyri var)?! Allah həmişə qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir”. (“Nisa” 147).

Həmçinin Allah Təala buyurur ki, şükür edənlərə əzab verməyəcəkdir. Bu yolla məlum olur ki, şükür – bir qəlb həqiqəti və dil əməlidir. Hər kim Allahın ona verdiyi nemətlərə görə şükür edərsə, kamal sifətlərinə yiyələnmiş olar.

“Şükür edənləri tezliklə mükafatlandıracağıq”. (“Ali-İmran” 145).

Allah şükür edənlərə vədə verir ki, onları mükafatlandıracaqdır. O, bütün yaxşı insanların əcrini verəndir.

Şükür etməyin əzəməti o həddədir ki, İblis (lən) qovulma dastanında xar olmaq mərhələsində Allahın bəndələrini Siratül-müstəqim yolundan saxlayacağını bildirmişdir.

O, Allaha demişdi ki, Allah bəndələrini şakir görməyəcəkdir. Şübhəsiz ki, İblisin (lən) dilindən deyilən şükür kəlməsi sadə bir “Əlhəmdulillah” deyildir.

“Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam». «Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükür edən görməyəcəksən». (“Əraf” 16-17).

Şükür o zaman öz həqiqi mənasına qovuşur ki, insan Allahın ona verdiyi nemətləri Ona yaxınlaşmaq və Onun razılığını qazanmaq yolunda istifadə edər. Bu zaman şükür öz həqiqətinə qovuşar.

Allah vədə vermişdir ki, əgər Mənə şükür etsəniz, nemətlərinizi artıracağam. Şeytanın da məqsədi budur ki, insan neməti dünya üçün istəsin.

O, istəyir ki, insan bu nemətləri Allaha yaxınlaşmaq və Siratül-müstəqimdə irəliləmək üçün deyil, dünya ləzzətləri üçün, xüsusilə də haram ləzzətlər üçün istifadə etsin.

Şükür – Allah Təalanın sifətlərindən biridir və Quran dəfələrlə Allahı Şakir və Şəkur sifətləri ilə mədh etmişdir.

Şükür – behişt əhlinin oraya daxil olan zaman dediyi ilk sözdür: “Allaha şükür olsun ki, bizi behiştə aparmaq vədəsinə vəfa etdi”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031