Namazda diqqətimiz niyə yayınır?
Böyük arif olan Ayətullah Behcətə sual verirlər ki, ibadətlərimizdən ləzzət ala bilmirik. Bunun səbəbi nədir və nə edək?
Alim deyir: “Bu, elə dərddir ki, hamı ona girftardır”. Sual verən şəxs daha çox təkid edir ki, alim ona tövsiyələr versin. Bu zaman alim deyir: “Namazda ləzzət hiss etmək üçün namazdan qabaq bir dəstə müqəddimələr hazır olmalıdır və bir dəstə də namazın özünə müqəddimələr olmalıdır. O şey ki, namazdan xaricdədir – gərək onlara diqqət edilsin. İnsan günah etməsin, qəlbini qaraltmasın. Günah qəlbi qaraldar və qəlbin nuraniliyini aradan aparar. Namazın özündə isə insan gərək ətrafına zəhərli bir zəncir çəksin ki, Allahdan başqası ora daxil ola bilməsin. Yəni, fikrini Allahdan başqası özünə cəlb etməsin. Əgər özündən asılı olmadan diqqəti dağılarsa tez özünə gəlib diqqətini toplasın və Allaha nəzər salsın”. Alimin şagirdlərindən biri ondan soruşur ki, namazda qəlb hüzuruna malik ola bilmirəm. Alim deyir: “Çünki çırağın yağı azdır”. Yəni, mərifətin zəifdir, qəlbi və batini imanın zəifdir. Alimə yenə bu sualı verən zaman buyurur: “Namaza daxil olan zaman oxuduğun “Həmd” və surənin mənalarına diqqət et ki, rabitə bərqərar olsun”. Alim başqa yerdə buyurur: “Qəlb hüzuruna malik olmağın amillərindən biri budur ki, 24 saat diqqətimizi kontrol edə bilək. Namazda qəlb hüzuruna malik olmaq üçün müqəddimələr lazımdır ki, onu namazdan əvvəl hazır etməliyik. Gün ərzində qulağımızı, gözümüzü və başqa bədən üzvlərimizi kontrol etməyə çalışaq. Bu qəlb hüzuru əldə etməyin amillərindən biridir”. /Deyerler.org/ Oxşar xəbərlər
|