Orucun tarixçəsi
Sual: Orucun tarixçəsi hansı zamandan başlayır? Cavab: Tarixdə bir çox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, bu günahlarını e`tiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih qırx gecə-gündüz oruc tutmuşdur. Qurani-kərim açıq-aşkar bəyan edir: «Bu ilahi əmr əvvəlki ümmətlərdə də vacib imiş.» Oxşar xəbərlər
|