Nəfsin orucu, həqiqi oruc, ən üstün oruc və naqis oruc
İmam Baqir (ə) buyurur: "İslam beş şey üzərində möhkəmdir: namaz, zəkat, həcc, oruc və vilayət”. Orucun fəlsəfəsi. İmam Sadiq (ə) buyurur: "Allah orucu vacib etmişdir ki, bu yolla varlı və yoxsul bərabər olsun”. Oruc - imtahandır. Əmirəl-möminin (ə) buyurur: "Allah orucu vacib etmişdir ki, onun vasitəsilə xəlqin ixlasını imtahan etsin”. Oruc Qiyaməti yada salar. İmam Rza (ə) buyurur: "İnsanlar orucu yerinə yetirməyə əmr olunublar ki, aclıq və susuzluq dərdini başa düşsünlər və onun vasitəsilə axirət çarəsizliyini dərk etsinlər”. Oruc - bədənin zəkatıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər şeyin zəkatı vardır və bədənin zəkatı orucdur”. Oruc - atəşdən qalxandır. Həzrət Peyğəmbər (s) buyurur: "Oruc (cəhənnəm) atəşindən qalxandır”. Orucun əhəmiyyəti. Həzrət Peyğəmbər (s) buyurur: "İsti havada oruc tutmaq - cihaddır”. Nəfsin orucu. İmam Əli (ə) buyurur: "Dünya ləzzətlərinə görə nəfsin orucu - ən faydalı oruclardandır”. Həqiqi oruc. İmam Əli (ə) buyurur: "Oruc - haramlardan çəkinməkdir, necə ki, insan yeyəcək və içəcəklərdən çəkinər”. Ən üstün oruc. İmam Əli (ə) buyurur: "Ürəyin orucu dilin orucundan yaxşıdır və dilin orucu isə mədə orucundan yaxşıdır”. Göz və qulağın orucu. İmam Sadiq (ə) buyurur: "O zaman ki, oruc tutarsan, gözün, qulağın, tüklərin və dərin də oruc olsun”. Naqis oruc. İmam Baqir (ə) buyurur: "Bu insanların orucu kamil deyildir: 1. O kəs ki, İmama itaətsizlik edər. 2. Qaçmış qul, o zamana qədər ki, qayıdar. 3. Ərinə itaət etməyən qadın, o zamana qədər ki, tövbə edər. 4. İtaət etməyən övlad, o zamana qədər ki, itaət edər”. Xoş olsun orucların halına. Həzrət Peyğəmbər (s) buyurur: "Xoş olsun o kəslərin halına ki, Allah üçün ac və susuz olublar. Onlar Qiyamət günü tox olarlar”. Behiştin qapısı. Həzrət Peyğəmbər (s) buyurur: "Behiştdə qapı vardır ki, ondan ancaq oruc tutanlar daxil olar”. İftar vermək. İmam Kazım (ə) buyurur: "Oruc olan qardaşına iftar vermək, (müstəhəb) oruc tutmaqdan yaxşıdır”. Orucunu açan. İmam Sadiq (ə) buyurur: "Hər kim Ramazan ayının bir gün orucunu (üzürsüz) yeyərsə, iman ruhu ondan ayrılar”. /Deyerler.org/ Oxşar xəbərlər
|