Məsciddə İmam Əlidən (ə) sual soruşan kim idi?
Mьəllif: admin1
Tarix: 8-06-2022, 23:03
Məsciddə İmam Əlidən (ə) sual soruşan kim idi?
“Nə qədər ki, sizin aranızdan getməmişəm, hər nə istəyirsiniz məndən soruşun.”

İbn Bəbaveyh həzrətdən (ə) müfəssəl bir hədis nəql edib. Münasib məqam olduğuna görə biz də onun bir hissəsini nəql edirik: “Məsciddə Əli (ə) buyurdu: “Nə qədər ki, sizin aranızdan getməmişəm, hər nə istəyirsiniz məndən soruşun”.

Məscidin axırından bir kişi qalxıb yaxına gəldi və ərz etdi: “Ey Əmirəlmöminin (ə), məni elə bir işə hidayət et ki, onu yerinə yetirsəm Allah mənə oddan nicat versin”.

Buyurdu: “Ey kişi! Qulaq as, düzgün başa düş və yəqinin olsun. Dünyanın davamı üç kəsin varlığından asılıdır: Elminə əməl edən bəlağətli nitqi olan alim, dövlətinin müəyyən hissəsini müsəlmanların istifadəsindən əsirgəməyən varlı və fəqirliyinə qarşı səbirli və dözümlü olan kasıb.

Elə isə əgər alim öz elmini yaymadı, dövlətli simiclik etdi və kasıb səbrini əlindən verdi, həlakət zamanı çatmışdır. Həmin zaman Allahı tanıyanlar dövranın geri getdiyini, küfrün yenidən meydana gəldiyini dərk edərlər.

Həmin dövrdə məscidlərin çoxluğuna, bədənlərin yaxın, qəlblərinsə uzaq olduğu cəmiyyət çoxluğuna aldanma!

İnsanlar üç dəstədir: Mömin, hövsələli və dünyaya həris. Mömin nə dünyanın ona üz tutmasından sevinər, nə də ondan üz döndərməsindən qəmgin olar.

Hövsələli adamın ürəyində dünya təmənnası var, lakin əlinə gələndən gözünü çəkməyi də bilir. Çünki dünya malının axırının nə olduğunu bilir. Lakin hərisin heç bir qorxusu yoxdur ki, dünya malını halaldan əldə edib, ya haramdan”.

O kişi soruşdu: “Həmin dövrdə möminin əlaməti nədir?” İmam (ə) buyurdu: “Diqqətlə baxar, Allahın göstəriş verdiyi hər bir hökmü yerinə yetirər, Onun razılığına xilaf olan işlərdən isə özünün xoşu gəlsə də çəkinər”.

- Doğru dedin, ey Əmirəlmöminin.

Həmin kişi “doğru dedin, ey Əmirəlmöminin” deyib qeyb oldu. Nə qədər axtardılarsa da onu tapmadılar. Həzrət təbəssüm etdi və dedi: “Kimin ardınca gəzirsiniz? Bu mənim qardaşım Xızr idi”.
/nur-az.com/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031