MÜBARƏK RAMAZAN "SƏHİFEYİ-SƏCCADİYYƏ"DƏ
Mьəllif: admin1
Tarix: 3-04-2023, 22:46
MÜBARƏK RAMAZAN "SƏHİFEYİ-SƏCCADİYYƏ"DƏ
"Həmd-səna o Allaha məxsusdur ki, bu yollardan birini öz ayı olan ramazan ayını etmişdir".

İmam Səccad (ə) bu duada da "Səhifeyi-Səccadiyyə"nin digər dualarında olduğu kimi dua və yalvarış halında, Allahla söhbət halında olmasına baxmayaraq, elə söhbət edir ki, sanki bir əsaslandırma axarı, nəticənin səbəbi izləməsi prosesidir.

"Səhifeyi-Səccadiyyə"nin əksər duaları – mən oxuduğum qədərincə – həmin qaydadadır. Hər şey tərtiblə düzülmüşdür. Sanki bir nəfər dinləyici qarşısında əyləşib onunla dəlillər göstərərək, məntiqi şəkildə söhbət edir. "Səhifeyi-Səccadiyyə"dəki aşiqanə iniltilər həmin tərzdədir.

Burada da belədir. İmam (ə) sözügedən duanın əvvəlində buyurur: "Həmd o Allaha məxsusdur ki, bizi həmd-sənaya yönəltmiş və həmd-səna əhli etmişdir. ("Əl-İqbal əl-əmal", səh. 42)

Biz ilahi nemətlərdən qafil deyilik. Ona tərif söyləyir, şükür edirik. O, bizim önümüzdə yollar açmışdır ki, həmd-sənaya çataq. Həmçinin məqsədlər, yollar müəyyən etmiş və bizi bu yollarla getməyə vadar etmişdir.

Sonra bu cümləyə çatır: "Həmd-səna o Allaha məxsusdur ki, bu yollardan birini öz ayı olan ramazan ayını etmişdir". ("Əl-İqbal əl-əmal", səh. 42)

Həmd o Allaha məxsusdur ki, bizi ona çatdıran, kamilliyə, əzəmət qaynağına bəsirətli olmağa sövq edən yollardan biri olan ramazan ayını bizə vermişdir.

İmam (ə) "şəhrəhu" ifadəsini işlədir, yəni öz ayını. Allah öz ayını bu yollardan biri etdi. Çox mənalıdır. Əgər bütün ayların Allaha məxsus olduğunu nəzərə alsaq, çox dərin məna yatır bu sözdə.

Bütün vücudun maliki vücudun bir hissəsini müəyyən edirsə, onu xüsusi olaraq özünə aid edirsə, məlum olur ki, bu hissəyə xüsusi diqqəti, lütfü var. Bu hissələrdən biri Allahın ayıdır. Allah ayı. Bu mənsubiyyət özü ramazan ayının fəziləti üçün kifayətdir. "Ramazan ayı oruc ayıdır, təslimçilik ayıdır". ("Səhifeyi-Səccadiyə" səh. 686)

Oruc ayıdır. Elə bir aydır ki, onun orucu nəfsi saflaşdırmaq üçün ən işlək vasitələrdən biridir. Çünki onda aclıq çəkmək, həvəslərlə, ehtiraslarla mübarizə yatmışdır.

"İslam" ayıdır. Yəni Allah qarşısında təlsim olmaq ayıdır. Bir gənc oruc tutursa, acdır, susuzdur. Bütün instinktlər onu həvəsə, ehtirasa səsləyir. Amma o, bu qərizələrin hamısının qarşısında duruş gətirir. Nə üçün? Allahın əmrini həyata keçirmək üçün.

Bu, Allah qarşısında təslim olmaqdır. İl boyu heç bir gün bir müsəlman adi halda Allah qarşısında bu qədər təslim olmur. Ramazan günlərində isə təbii olaraq təslim olur. Demək, İslam ayı, təslim olmaq ayıdır.

İmam (ə) duanın ardınca buyurur: "Paklayıcı ay". Bu ayda bir sıra amillər var ki, bizim ruhumuzu pak və təmiz edir. O amillər hansılardır? Biri orucdur.

Biri Quran tilavətidir. Biri dua və yalvarışdır. Bütün bu dualar ilahi ziyafət süfrələrindən pak və təmiz ruzilərdir. Allah bu bir aylıq ziyafətində onları insanların qarşısına qoymuşdur. İmamın (ə) kəlamının məzmunu budur ki, Allah bu ziyafətdə sizə orucla qulluq edir.

Oruc ilahi süfrələrdən biridir. Necə ki, Quran da bu ziyafətdə ilahi süfrələrdən biri hesab olunur. Bu süfrələrdən nə qədər çox istifadə etsəniz, mənəvi kökünüz bir o qədər güclü olacaq. Kamilliyə, yüksəlişə doğru gedən yolun ağır yükünə daha asan dözə biləcəksiniz.

O zaman xoşbəxtlik sizə daha yaxın olacaq. Sonra buyurur: "Təmhis ayıdır". "Təmhis" nə deməkdir? "Təmhis" xalisləşdirmək deməkdir. Məqsəd budur ki, bu ay xalis olmaq ayıdır.

Ayətullah Seyid Əli Xamenei
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930