MÜBARƏK RAMAZAN AYININ GECƏLƏRİNƏ MƏXSUS ƏMƏLLƏR VƏ DUALAR
Mьəllif: admin1
Tarix: 14-03-2024, 12:50
MÜBARƏK RAMAZAN AYININ GECƏLƏRİNƏ MƏXSUS ƏMƏLLƏR VƏ DUALAR
1. İftar etmək; Ramazan ayında “şam” (məğrib) namazını qıldıqdan sonra iftar etmək müstəhəbdir; bu şərtlə ki, zəiflik oruc tutana qələbə çalmasın.

2. Pak və halal qidalarla iftar etmək; xurma və su ilə iftar etmək tövsiyə olunur. Peyğəmbəri-Əkrəm (s) iftar verməyin savabı ilə bağlı buyurmuşdur: “Ey camaat, əgər bu ayda bir mömin şəxsə iftar versəniz, onun üçün bir qulun azad edilməsinin savabı yazılar və onun keçmiş günahları bağışlanar!

O həzrətdən: “Ey Allahin Rəsulu, hamımızın iftar verməyə gücü çatmır!” – deyə soruşulduqda, belə buyurdu: Xurmanın yarısı və ya bir içimlik su qədər olsa da, iftar verin və cəhənnəm odundan qurtulun.”

3. İftar vaxtı nəql olunmuş duaları oxumaq; o cümlədən:

اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.

Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib, Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, məni bağışla!

Nəql olunur ki, imam Əli (ə) iftar vaxtı bu duanı oxuyardı:

بِسْمِ اللَّهِ اللَّهُمَّ لَكَ صُمْنَا وَ عَلَى رِزْقِكَ أَفْطَرْنَا فَتَقَبَّلْ [فَتَقَبَّلْهُ‏] مِنَّا اِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

Duanın oxunuşu: Bismillah, Əllahummə ləkə sumna və əla rizqikə əftərna, fətəqəbbəl minna innəkə əntəs-səmiul əlim.

Duanın tərcüməsi: Allahın adı ilə! Səndən ötrü oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar edirik. Belə isə, onu bizdən qəbul et. Çünki Sən eşidən və bilənsən.

4. İftar vaxtı “Qədr” surəsini oxumaq;

5. Quran oxumaq; Mübarək Ramazan ayının gecə və gündüzlərində ən yaxşı əməllərdən biri də Quran tilavət etməkdir. Nəql olunur ki, hər işin öz mövsümü vardır və Quranın mövsümü mübarək Ramazan ayıdır.

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ramazan ayında Qurandan bir ayə oxuyan şəxs başqa aylarda bütöv Quranı oxuyan şəxsin savabını qazanar.”

6. Çoxlu salavat demək; Peyğəmbəri-Əkrəm (s) bu haqda buyurmuşdur: “Ramazan ayında mənə çoxlu salavat göndərən şəxsin əməl tərəzisi tərəzilərin yüngül gəldiyi bir gündə ağır gələr.”

7. Sədəqə vemək, çoxlu dua və istiğfar etmək;

8. Ramazan ayının gecələrində bu duanı oxumaq tövsiyə olunur:

اللَّهُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ افْتَرَضْتَ عَلَى عِبَادِكَ فِيهِ الصِّيَامَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ وَ اغْفِرْ لِي تِلْكَ الذُّنُوبَ الْعِظَامَ فَاِنَّهُ لا يَغْفِرُهَا غَيْرُكَ يَا رَحْمَانُ يَا عَلامُ

Duanın oxunuşu: Əllahummə rəbbə şəhri rəməzan, əlləzi ənzəltə fihil Qur`an, vəftərəztə əla ibadikə fihis-siyam, səlli əla Muhəmmədin və ali-Muhəmməd, vərzuqni həccə bəytikəl həram, fi ami haza, və fi kulli am, vəğfir li tilkəz-zunubəl izam, fəinnəhu la yəğfiruha ğəyruk, ya Rəhimu ya Əllam.

Duanın tərcüməsi: İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhli-beytinə salam və rəhmət göndər, bu il və hər ildə Öz evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin günahları Səndən başqası bağışlaya bilməz, ey bağışlayan və (hər bir şeydən) xəbərdar Allah!

9. Hər gecə bu duanı oxumaq:

اللَّهُمَّ بِرَحْمَتِكَ فِي الصَّالِحِينَ فَأَدْخِلْنَا وَ فِي عِلِّيِّينَ فَارْفَعْنَا وَ بِكَأْسٍ مِنْ مَعِينٍ مِنْ عَيْنٍ سَلْسَبِيلٍ فَاسْقِنَا وَ مِنَ الْحُورِ الْعِينِ بِرَحْمَتِكَ فَزَوِّجْنَا وَ مِنَ الْوِلْدَانِ الْمُخَلَّدِينَ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَكْنُونٌ فَأَخْدِمْنَا وَ مِنْ ثِمَارِ الْجَنَّةِ وَ لُحُومِ الطَّيْرِ فَأَطْعِمْنَا وَ مِنْ ثِيَابِ السُّنْدُسِ وَ الْحَرِيرِ وَ الْإِسْتَبْرَقِ فَأَلْبِسْنَا وَ لَيْلَةَ الْقَدْرِ وَ حَجَّ بَيْتِكَ الْحَرَامِ وَ قَتْلا فِي سَبِيلِكَ فَوَفِّقْ لَنَا وَ صَالِحَ الدُّعَاءِ وَ الْمَسْأَلَةِ فَاسْتَجِبْ لَنَا [يَا خَالِقَنَا اسْمَعْ وَ اسْتَجِبْ لَنَا] وَ إِذَا جَمَعْتَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ يَوْمَ الْقِيَامَةِ فَارْحَمْنَا وَ بَرَاءَةً مِنَ النَّارِ فَاكْتُبْ لَنَا وَ فِي جَهَنَّمَ فَلا تَغُلَّنَا وَ فِي عَذَابِكَ وَ هَوَانِكَ فَلا تَبْتَلِنَا وَ مِنَ الزَّقُّومِ وَ الضَّرِيعِ فَلا تُطْعِمْنَا وَ مَعَ الشَّيَاطِينِ فَلا تَجْعَلْنَا وَ فِي النَّارِ عَلَى وُجُوهِنَا فَلا تَكْبُبْنَا [تَكُبَّنَا] وَ مِنْ ثِيَابِ النَّارِ وَ سَرَابِيلِ الْقَطِرَانِ فَلا تُلْبِسْنَا وَ مِنْ كُلِّ سُوءٍ يَا لا إِلَهَ إِلا أَنْتَ بِحَقِّ لا إِلَهَ إِلا أَنْتَ فَنَجِّنَا

Duanın oxunuşu: Əllahummə birəhmətikə fis-salihin, fəədxilna və fi illiyin, fərfə`na və bikə`sin min məin, min əynin səlsəbil, fəsqina və minəl huril əyn, birəhmətikə fəzəvvicna və minəl vildanil muxəllədin, kəənnəhum lu`luun məknun, fəəxdimna və min simaril cənnəti və luhumit-təyr, fəət`imna və min siyabis-sundusi vəl həriri vəl istəbrəq, fəəlbisna və ləylətəl qədri və həccə bəytikəl həram, və qətlən fi səbilik, fəvəffiq ləna, və salihəd-duai vəl məs`ələti fəstəcib ləna (ya xaliqənəsmə vəstəcib ləna), və iza cəmə`təl əvvəlinə vəl axirin, yəvməl qiyaməti fərhəmna, və bəraətən minən-nari fəktub ləna, və fi cəhənnəmə fəla təğulləna, və fi əzabikə və həvanikə fəla təbtəlina, və minəz-zəqqumi vəz-zərii fəla tut`imna, və məəş-şəyatini fəla təc`əlna, və fin-nari əla vucuhina fəla təkbubna (təkubbəna), və min siyabin-nari və sərabilil qətirani fəla tulbisna, və min kulli suin ya la ilahə illa ənt, bihəqqi la ilahə illa əntə fənəccina.

Duanın tərcüməsi: İlahi, Sənə and verirəm rəhmətini, bizi salehlərin sırasına qat, “İlliyyin”də (behiştdə) məqamımızı ucalt, “Səlsəbil” bulağından dadlı su camı ilə sirab et, rəhmətin sayəsində bizi behişt huriləri ilə evləndir, sədəfdəki mirvari tək behiştin əbədi gənc oğlanlarını bizə xidmətçi təyin et, bizi behişt meyvələri və quş ətləri ilə doyuzdur, bizə nazik və qalın ipəkdən (taftadan və qumaşdan) paltarlar geyindir, “qədr” gecəsi və Öz evinin həccinin savabını, Sənin yolunda şəhadət məqamını nəsib et, layiqli dua və istəklərimizi qəbul et (ey xaliqimiz, duamızı eşit və qəbul et)! Qiyamət günü məxluqatının birinci və sonuncusunu topladığın zaman bizə rəhm et, bizim üçün cəhənnəm odundan azadlıq məktubu yaz, bizi cəhənnəmdə qəzəb zəncirinlə bağlama, əzab və xarlığa düçar etmə, cəhənnəmin “zəqqum” və zəhərli ağacının meyvəsini yedizdirmə, bizi şeytanlarla birgə etmə, üzüstə cəhənnəm oduna atma, bizə cəhənnəm əhlinin odlu paltarı və əridilmiş dəmir köynəyini geyindirmə, ey Səndən başqa məbud olmayan Allah, “La ilahə illa əntə” (Səndən başqa məbud yoxdur) kəlməsinə xatir, bizi hər bir pislikdən amanda saxla!

10. İmam Sadiqdən (ə) mübarək Ramazan ayının hər gecəsi bu duanın oxunması nəql olunur:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ أَنْ تَجْعَلَ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ فِي الْأَمْرِ الْحَكِيمِ مِنَ الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْ سَيِّئَاتِهِمْ [عَنْهُمْ سَيِّئَاتُهُمْ‏] وَ أَنْ تَجْعَلَ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمُرِي فِي خَيْرٍ وَ عَافِيَةٍ وَ تُوَسِّعَ فِي رِزْقِي وَ تَجْعَلَنِي مِمَّنْ تَنْتَصِرُ بِهِ لِدِينِكَ وَ لا تَسْتَبْدِلْ بِي غَيْرِي

Duanın oxunuşu: Əllahummə inni əs`əlukə ən təc`ələ fima təqzi, və tuqəddiru minəl əmril məhtum, fil əmril həkimi minəl qəzailləzi la yurədd, və la yubəddəlu ən təktubəni min huccaci bəytikəl həramil məbruri həccuhum, əl məşkuri sə`yuhumul məğfuri zunubuhum, əl mukəffəri ən səyyiatihim (ənhum səyyiatuhum), və ən təc`ələ fima təqzi, və tuqəddəru ən tutilə umri, fi xəyrin və afiyəh, və tuvəssiə fi rizqi və təc`ələni mimmən təntəsiru bihi lidinik, və la təstəbdil bi ğəyri.

Duanın tərcüməsi: İlahi, Səndən istəyirəm ki, hökm və müqəddər etdiyin qaçılmaz əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarılmayan hökmündə məni Öz evinin – “Beytül-Haram”ın həcləri gözəl, “səy”lərinin əvəzi verilmiş, günahları bağışlanmış və pis əməlləri pərdələnmiş hacılarından hesab edəsən. Həmçinin hökm və müqəddər etdiyin işlərdə uzun ömrümü xeyirli və sağlam edib ruzimi bol edəsən, məni dininə yardımçı olanların sırasına qoşub, başqasını mənim yerimə qoymayasan!

11. Kəfəmi “Bələdul-əmin” kitabının haşiyəsində Seyid ibn Baqidən nəql edərək yazır: “Ramazan ayının hər gecəsi iki rükət namaz qılmaq (belə ki, hər rükətdə bir dəfə “Həmd”, üç dəfə isə “İxlas” surələrini oxumaq) müstəhəbdir. Namazın salamından sonra bu duanın oxunması tövsiyə olunur:

سُبْحَانَ مَنْ هُوَ حَفِيظٌ لا يَغْفُلُ سُبْحَانَ مَنْ هُوَ رَحِيمٌ لا يَعْجَلُ سُبْحَانَ مَنْ هُوَ قَائِمٌ لا يَسْهُو سُبْحَانَ مَنْ هُوَ دَائِمٌ لا يَلْهُو

Duanın oxunuşu: Subhanə mən huvə həfizun la yəğful, subhanə mən huvə rəhimun la yə`cəl, subhanə mən huvə qaimun la yəshu, subhanə mən huvə daimun la yəlhu.

Duanın tərcüməsi: Qoruyan və qafil olmayan Allah pak və bütün eyiblərdən uzaqdır. Mehriban və tələsməyən Allah pak və bütün eyiblərdən uzaqdır. Həmişə qaim olan və unutmayan Allah pak və bütün eyiblərdən uzaqdır. Əbədi və heç bir şeylə əylənməyən Allah pak və bütün eyiblərdən uzaqdır.

Bu duanı oxuduqdan sonra “təsbihati-ərbəə” (Suhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu-əkbər) yeddi dəfə deyilir. Sonra isə bu duanın oxunması tövsiyə olunur:

سُبْحَانَكَ سُبْحَانَكَ سُبْحَانَكَ يَا عَظِيمُ اغْفِرْ لِيَ الذَّنْبَ الْعَظِيمَ

Duanın oxunuşu: Subhanəkə subhanəkə subhanəkə ya əzim, iğfir liyəz-zənbəl əzim.

Duanın tərcüməsi: Sən pak və bütün eyiblərdən uzaqsan, Sən pak və bütün eyiblərdən uzaqsan, Sən pak və bütün eyiblərdən uzaqsan! Ey böyük Allah, mənim böyük günahlarımı bağışla!

Sonra isə Peyğəmbər və onun Əhli-beytinə on dəfə salavat deyilir.

Peyğəmbəri-Əkrəm (s) Ramazan ayında qılınanan müstəhəb namazların savabı ilə bağlı buyurmuşdur: “Ramazan ayında müstəhəb namaz qılan şəxsi Allah cəhənnəm odundan xilas edər.”

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Mübarək Ramazan ayının fəzilət və əməlləri – Ramazan ayının gecələrinə məxsus əməllər” bölümü.)



maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031