Ayətullah Cavad Amuli: “İlahi liqa - ruh üçündür. Bu, orucun batini və sirridir”
Mьəllif: admin1
Tarix: 9-06-2016, 22:41
Ayətullah Cavad Amuli: “İlahi liqa - ruh üçündür. Bu, orucun batini və sirridir”

“Oruc ona görədir ki, insan təqvaya çatsın.
Təqvalı insanın iki dərəcəsi olar: biri həmin behiştdir ki, orada çoxlu nemətlər vardır. Bu, zahiri ləzzətlərə görədir. Biri də Allaha yaxınlaşmaq məqamına görədir. Bu mərhələdə artıq söhbət alma və gilasdan olmaz. Cənnət insanın cismi və bədəni üçündür. Ancaq İlahi liqa - ruh üçündür. Bu, orucun batini və sirridir.
İmam Sadiq (ə) buyurur: “Oruc tutan iki halda sevinər: biri iftar zamanı və biri də Allahla görüşən zaman”.
O zaman ki, Leyli xəstələnir, anasına vəsiyyət edərək deyir: “Anacan, mənim bu sözümü Məcnuna çatdır və ona de ki, əgər kiməsə bağlanmaq istəyirsə, gərək elə bir varlığa bağlansın ki, bir qızdırma ilə aradan getməz”.
İnsanın Allahdan qeyrisinə ürək bağlaması çox heyfdir. Çünki Allahdan qeyrisi dəyişməkdədur və məhv olmaq üzrədir. İnsan üçün orucun ən yaxşı mükafatı - İlahi liqadır. Oruc tutan üçün alma və gilasdan söhbət etməzsən, söhbət mənəvi kamaldan olar. İnsan bu məqama çata bilər. Əgər insan müstəhəb oruc tutar və qazandığı pul ilə çörək alarsa və yoxsula verib deyərsə: “(Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik»”. (“İnsan” 9), bu zaman həmin məqama çata bilər. Özümüzü ucuz satmayaq.
İmam Musa Kazım (ə) buyurur: “Bədənləriniz behişt dəyərindədir. Onu behiştdən qeyrisinə satmayın ki, ziyan edərsiniz”.
Bu hədis bizə deyir ki, ruhumuzu Allaha yaxınlaşdıraq və bunun da ən yaxşı yolu - oruc tutmaqdır.
Orucun batini İlahi liqa simasında zahir olar. İnsan üçün bu məqamdan alisi təsəvvür olunmaz. İnsan əbədi bir varlıq olduğu üçün, heç bir zaman məhv olmaz. Bir dünyadan başqasına keçər. Əgər orucu onu Allaha yaxınlaşdırarsa, davamlı olaraq Allah dərgahında olar. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930