Peyğəmbərin (s) ən çox zümzümə etdiyi dua
Əzəmət sahibi olan Allah Bəqərə surəsinin 200-cü ayəsində buyurur:
“İnsanların bəzisi deyər: Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!” Amma növbəti ayədə deyilir: “Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyərlər.” Səhabələrdən nəql olunur ki Məhəmməd peyğəmbər də daha çox bu duanı zümzümə edər və onu tövsiyə edərdi: “İlahi Rəbbəna atina fid-dunya həsənətən və fil-axrəti həsənətən və qina əzabən-nar” Tərcüməsi: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” Oxşar xəbərlər
|