Bu ayda tökülən hər bir göz yaşı çox sayda cəhənnəm atəşini söndürməyə qadirdir...
Mьəllif: admin1
Tarix: 12-06-2016, 10:10
Bu ayda tökülən hər bir göz yaşı çox sayda cəhənnəm atəşini söndürməyə qadirdir...
“Ramazan” sözü “yandıran” mənasını verir. Bu ayda insanların günahları bağışlandığı üçün bu aya mübarək Ramazan ayı deyirlər.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər insanlar Ramazan ayının qədrini bilsəydilər, deyərdilər ki, ey kaş bütün ili Ramazan ayı olardı. Bu ayda yuxun, nəfəs almağın da ibadətdir”. (Tebyan)
İmam Əli (ə) buyurur: “Mübarək Ramazan ayının başqa aylardan fəziləti, biz İmamların (ə) başqa insanlardan fəziləti kimidir. Heç kəs və heç bir şəxsiyyət Peyğəmbər (s) və Əhli-beytlə (ə) müqayisə ediləsi deyildir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Mərhum və bədbəxt o kəsdir ki, mübarək Ramazan ayında Allah bağışlanmağından məhrum olar”. Ona görə də bu mübarək ayın hər dəqiqəsinin qədrini bilməliyik. Bu ayda tökülən hər bir göz yaşı çox sayda cəhənnəm atəşini söndürməyə qadirdir.
Hədislərdə oxuyuruq ki, Qiyamət günü bir günahkarı gətirərlər ki, günahı çox olar. Allah insan bədəninin üzvlərinə elə qüdrət verib ki, bütün əməllərini qeyd etməyi bacarır. Qiyamət günü bu bədən üzvləri onun əleyhinə şəhadət verər və insan öz bədən üzvlərinə deyər ki, niyə mənim əleyhimə şəhadət verirsən? Deyər: Bu, Allahın işidir. Göz deyər: Allahım, bizim də şəhadətimiz vardır və bu bəndə bir gecə yuxudan ayıldı, günahları yadına düşdü və nalə etdi. O qədər ağladı ki, biz tər olduq. Allah Təala buyurar: “O, Mənim qorxumdan ağladığı üçün onu behiştə tərəf qaytarın”. İlahi rəhmət dənizi dalğalanar və bu bəndəni qaytarar.
İmam Səccad (ə) Ramazan ayının hilalını görən zaman buyurardı: “Bu ayın orucu vastisilə bizə yardım et ki, bədənlərimizi sənin günahından saxlayaq və o işlərdə fəaliyyət göstərsinlər ki, Sənin razılığını əldə edər. Qulaqlarımızla yersiz sözlər eşitməyək, gözlərimizlə yersiz işlərə tərəf tələsməyək, əllərimizi harama açmayaq, ayaqlarımızla qadağan olunmuş yola yollanmayaq, mədələrimiz Sənin halal etdiyindən qeyrisi ilə dolmasın, dillərimiz Sənin xəbər verdiyindən qeyrisi ilə danışmasın...”.
Bizim ömrümüz yanan şama bənzəyir və o yanmağa davam edir və ömrümüz də günü-gündən qısalır və balacalaşır. Əgər bu şamın yardımı ilə başqa aləmdə çıraq yandırmısansa, qazananlardansan. Yox əgər yandırmamısansa, zülmətdə və qaranlıqda qalacaqsan. Biz bu dünyaya gəldiyimiz andan sürətlə axirətə tərəf gedirik. Ölüm və axirət də bizə tərəf tələsir. Ona görə də axirətimizi düşünməyin vaxtı gəlib çatıbdır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930