Ürək xəstəlikləri olan insanlar üçün FAYDALI MƏSLƏHƏTLƏR
Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yer tutur.
Ürək-damar sistemi xəstəlikləri çox yayılmış xəstəliklərdir. Lakin həkimlərin fikirinə görə müəyyən sadə qaydalara əməl edən xəstə özünü bu xəstəliklərin ağır fəsadlarından qoruya bilər. Bu qaydalar arasında: - Yağlı, duzlu, qızardılmış qidalardan imtina edin. Daha çox balıq yeyin. Balıq ürəyin sağlamlığına çox müsbət təsir edir, fəaliyyətini yaxşılaşdırır. Məhz bu səbəbdən mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəlikləri daha az yayılıb. Əti həftədə 1-2 dəfə yeyə bilərsiniz. - Qidalanmanızda duzun həcmini minimuma çatdırın. Duz damarların sağlamlığına mənfi təsir edir. - Qidalanmanıza kaliumla zəngin olan qidaları daxil edin. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Kaliumla zəngin olan qidalar: üzüm, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s. - Un məmulatlarının və şirin qidaların qəbulunu azaldın. - Marqarin, spred və s. kimi "yağları", fast-fud, dükanlarda satılan müxtəlif peçenye, vafli, hazır tortlar və s. kimi məhsulları qidalanmanızdan çıxardın. Bu məhsullar insan orqanizminə ciddi ziyan vurur. - Yağlı süd məhsullarını (yağlı pendir, xama, qaymaq və s.) yağlılığı daha az olan süd məhsulları ilə əvəz edin (kəsmik, yoqurt, kefir və s.). - Artıq çəkiniz varsa, arıqlayın. Həkimlərin müşahidələrinə görə, bədən çəkisinin azalması xəstənin vəziyyətini xeyli yaxşılaşdırır. - Həddindən artıq çox yeməyin. Bu bütün orqanizmin və o cümlədən ürəyin güclü yükləməsinə səbəb olur. Orqanizmi "aldadmaq" üçün yeməyi daha kiçik boşqablara çəkin. - Siqaret çəkməkdən imtina edin. Bu pis vərdiş ürək-damar sistemi xəstəlikləri olan insanların həyatını qısaldır. - Spirtli içkilərdən imtina edin. Bu orqanizmin və o cümlədən ürəyin güclü intoksikasiyasına (zəhərlənmə) səbəb olur. - Çox yorulmayın, tez-tez istirahət edin, kifayət qədər yatın. - Gündə 2 dəfə açıq havada gəzin. Səhhətiniz buna yol verirsə, yüngül bədən tərbiyəsi ilə məşğul olun (bu haqda həkimlə məsləhətləşin). - Bağırsaqların fəaliyyətinə fikir verin, qəbizliyi müalicə edin. Bunun üçün qidalanmanızda hər gün meyvə-tərəvəz, göyərti olmalıdır. - Streslərdən uzaq olun. Hər hansı söhbət, vəziyyət sizi qıcıqlandırır, əsəbləşdirirsə, söhbəti davam etməyin, bu insandan, yerdən və s. uzaqlaşın. Həkimlər sübut edir ki, KİV-i (televiziya, İnternet və s.) müasir insanlar üçün ciddi stress mənbəyidir. Bu səbəbdən insanlar televizorun və kompüterin qarşısında daha az vaxt keçirməlidir. Saglamolun.Az Oxşar xəbərlər
|