Mübarək Ramazanda belə tövbəsi çox çətin olan günah
Mьəllif: admin1
Tarix: 13-06-2016, 22:50
Mübarək Ramazanda belə tövbəsi çox çətin olan günah
İnsanların bir-biri üzərində olan haqqına haqqun-nas deyərlər. Haqqun-nası vermək - Allahın haqqını verməkdən daha çətindir. Allah öz haqqından keçər, ancaq bəndələrinin haqqından keçməz. İnsanların haqqını tapdalayan gərək ciddi şəkildə tövbə etsin. İnsanların haqqını əda etsin. Peşmançılığını Allahın hüzurunda bəyan etsin. Əgər hər kim insanların haqqını əda etməzsə, axirətdə əzaba düçar olar. Allah buyurur: “Biz (onların küfr halında) etdikləri (sədəqə, xalqa xidmət, xeyirli ixtiralar və bu kimi yaxşı) əməllərə üz tutacaq və onları (havada) dağınıq toz-torpaq edəcəyik”. (“Furqan” 23).

Quranın buyurduğu kimi bəzi insanlar qiyamət günü gördükləri xeyir işləri göyə sovrulmuş toz halında görəcəklər. Yəni yaxşı əməlləri batil olacaqdır. Onlar gördükləri bu yaxşı əməllərin səmərəsini görməyəcəklər.

İmam Səccaddan (ə) soruşurlar: “Əgər kimsə müsəlmanın haqqını tapdalayarsa, o müsəlman öz haqqını necə alacaqdır?”. O Həzrət (ə) buyurur: “Qiyamət günü məzlumun haqqı qədər zalımın yaxşı əməllərindən götürülər və məzlumun əməlinə artırarlar”. İmamdan (ə) soruşurlar: “Bəs zalımın həsənəsi olmasa necə?” Buyurur: “Məzlumun günahlarını zalımın əməl dəftərinə keçirərlər”.

Haqqun-nas iki cür olur: Abır həya şəxsiyyə haqqun-nası və mal-dövlət haqqun-nası.

Abır haqqun-nası:

Başqasının abırını aparmaq - haqqun-nasa səbəb olar. Gərək tövbə etsin. Bu dil günahı - ən böyük günahdır. İnsanı Allaha seyr yolundan saxlayar. İnsanın abırını aparmaq malına xəyanət etməkdən daha ağır günahdır. Çünki mala dəyən ziyanı aradan qaldırmaq mümkündür. Ancaq insanın abırına dəyən ziyanı aradan qaldırmaq olmaz. “(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?» Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir”. (“Kəhf” 103-104).

Mal-dövlət haqqı:

Beytul-mala və insanların malına dəyən ziyana mal haqqun-nası deyilər. Bu, insanın qəlbini qəsavətli edər və daşlaşdırar. Dünyada çox narahat bir həyatı olar. Bərzəx və Qiyamətdə də giriftar olar. Axirət əzabından qurtulmaz.
İnsanların malına xəyanət etmək və onu mənimsəmək - insana çox bəlalar gətirər.

İmam Sadiq buyurur ki, şəhidin qanı töküləndə günahları bağışlanar, amma haqqun-nasa aid olan günahlar bağışlanmaz.

Nəticə etibarilə mərhəmət və məğfirət ayi olan ramazan belə haqqun-nas məsələsində insana kömək ola bilməz. Elə isə insan bu dünyada ikən haqqını yediyi insanların razılığını almalıdır. islaminsesi.org/

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930