Digərləri üçün edilən duanın 3 inanılmaz nəticəsi
Mьəllif: admin1
Tarix: 2-10-2024, 11:11
Digərləri üçün edilən duanın 3 inanılmaz nəticəsi

Dua möminin silahıdır. Bəndə dua ilə Allah qarşısinda ahu-zar etdiyini göstərə bilir. Furqan surəsinin 77-ci ayəsində buyurulur:

"Ey Peyğəmbər camaata de ki əgər onların duaları olmasa Allah onlara diqqət etməz”

Bəndənin Allaha etdiyi duanın bir özəl xüsusiyyətinə diqqət etmək lazımdır. Qurani-Kərimdə ənfal, qiyamət, heyz, ruh, xəmr, məysir və sair terminlər gəlib ki insanlar bu haqda peyğəmbərdən sual soruşurlar.

Bunun cavabında isə Allah Peyğəmbərə xitabən "onlara de ki” ifadəsini işlədir. Yəni burada Allah insanlara hər hansı bir məsələni çatdırmaq istəyəndə peyğəmbər vasitəsilə çatdırır.

Lakin bu dua məsələsində tam fərqlidir. Bəqərə surəsinin 186-cı ayəsində dua edən bəndə ilə Allah arasında bir vasitənin hətta peyğəmbər kimi vasitənin olmasına ehtiyacın olmadığı belə bəyan olunur:

"(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.”

Bu duanın özəl xüsusiyyətlərindən biridir.

Bəs digəri üçün dua etmənin nə kimi təsirləri vardır?

1- Peyğəmbər buyurub: Mömin və möminələr üçün dua edən hər bir bəndəyə Allah onun dua etdiyi kimi bütün mömin və möminələr tərəfindən və dünyanın əvvəlindən qiyamətə qədər cavab verər.

2- İmam Sadiqin səhabələrindən olan Həmmad yaxınlaşıb İmama dedi: Ey Əbu-Əbdullah mən bəzən qardaşlarım və vilayət əhlinə dua etmək üçün vaxt ayırıb buna məşğul oluram, bu necədir? İmam buyurdu: Allah qayibin qayib üçün etdiyi duanı qəbul edər.

3- İmam sonra buyurdu: Hər kəs möminlər, möminələr və bizi sevən tayfa üçün dua etsə Adəmdən qiyamətə qədər dua etdiyi hər möminə görə ona bir savab yazılar”.



Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930