Dünyanın ən ləzzətli neməti ayətullah Behcətin bəyanında
Mьəllif: admin1
Tarix: 12-06-2022, 09:41
Dünyanın ən ləzzətli neməti ayətullah Behcətin bəyanında
Müasir dövrün ən tanınmış təqlid mərcələrindən biri olmaqla yanaşı ən mənəvi ariflərindən olan Ayətullah Behcətin bütün fikirləri sayılmaqda və seçilməkdədir.

Xüsusilədə mənəviyyat və irfani hallarla bağlı onun fikir və tövsiyələri elm əhlini qidalandırmış və onlara yol göstərmişdir.

Ayətullah Behcətdən nəql olunur ki o Allahın vacib buyurduğu namazlar üzərində çöx köklənər və onların əhəmiyyətini həmişə vurğulayardı.

Ayətullah Behcət bir gün söhbətlərinin birində peyğəmbərdən nəql olunan "Sizin dünyanızdan mən daha çox ətiri və qadını sevirəm, namaz isə mənim gözümün işığıdır" hədisinə toxunaraq (Bu hədis başqa formada da nəql olunub: Sizin dünyanızadan daha çox qadını və namazı sevirəm) deyib:

“İlk başıxda bu hədisdən anlaşılır ki dünyada ən böyük ləzzət ətir və qadındır. Amma namaz da dünyadakı ləzzətlər kimi ləzzətbəxşdir. Bəlkə namazın ləzzəti ətir və qadının ləzzətindən də yuxarıdadır.

Hədisdə növbəti frazanın vurğulanması bunu göstərir. Qüdsi hədisdə də gəlib ki, “Ey bəndələrim mənə ibadət etməkdən nemətlər alın, siz ondan axirətdə də bəhrələnəcəksiniz. Burada nemətlər alın və nemətlənin yəni ləzzət alın deməkdir.”

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930