İnsan ruhunu təkamül etdirə bilərsə, bərzəx əhlinin çəkdiyi əzab və nemətləri indidən görər
Əgər insan mənəvi məqamında irəli gedərsə, sanki cəhənnəm itlərinin zingilti səsini eşidər. Sanki behişti və behişt əhlini görər. Əgər insan öz üzərində işləyərsə, haramlardan çəkinər. Və üsyankar nəfsinə nəzarət edərsə, suluk yolunu getmək onun üçün asan olar. Yəni, elə bir yerə gəlib çatar ki, ürək dili açılar və o, elə şeyləri eşidib görər ki, başqaları buna qadir olmaz. Elə bir yerə çatar ki, cəhənnəm itlərinin səsini eşidər. Bu insan yaxşı bilir ki, qeybət - cəhənnəm itlərinin yeyəcəyidir. O zaman ki, insanın ruhu mənəvi məqamında irəli gedər, insan qeybətdən çəkinər və başqa günahları da od kimi görməyə başlayar. İmam Əli (ə) buyurur: “Qeybət – cəhənnəm itlərinin xuruşudur”. O kəslər ki, dünya onların tək qəmi deyildir, dünyadan sonrakı ruzigar haqqında da düşünürlər - onlar həqiqi möminlərdirlər. İmam Əli (ə) başqa yerdə buyurur: “Sanki dünyanı keçib axirətə çatmısınız, axirət həyatında yaşayırsınız. Dünyadan sonrasını görmüsünüz və bərzəxin gizlisindən agahsınız ki, nə qədər müddətə oradadırlar. Onlar dünya insanları üçün pərdəni kənara çəkər, insanların görmədiyini sanki görər və insanların eşitmədiyini eşidərlər”. İmam Əli (ə) buyurur ki, o kəslər ki, bu mərhələyə çatarlar - bərzəx aləmini görərlər və bərzəx əhlinin gizlisindən xəbərdardılar. Ona görə də elə şeyləri görərlər ki, başqaları onu görməz. Elə şeylər eşidərlər ki, başqaları onu eşitməz. Xülasə insan əgər ruhunu təkamül etdirə bilərsə, elə bir məqama çatar ki, bərzəx aləminin sirlərini kəşf edər və elə bu dünyada bərzəx əhlinin çəkdiyi əzab və nemətləri görər. Əgər qəflət pərdəsi kənara çəkilərsə, insan əməllərinin həqiqi simasını görə bilər. Həmin bu qəflət pərdəsini kənara çəkmək isə bizim öz əlimizdədir. /Deyerler.org/ Oxşar xəbərlər
|