İmam Əlinin (ə) nəsihət eşitmək istəyənə nəsihəti
Mьəllif: admin1
Tarix: 14-06-2022, 12:11
İmam Əlinin (ə) nəsihət eşitmək istəyənə nəsihəti
Bir nəfər İmam Əlidən (ə) nəsihət eşitmək istədiyini bildirirdi. İmam (ə) buyurdu:

Əməlsiz axirəti diləyənlərdən, boş ümidlər bəsləyib tövbə etməyi istəyənlərdən olma. Bəzi şəxslər vardır ki, dünyada zahid kimi danışar, amma dünyaya rəğbət edənlərin işlərini görər.

Dünyanın malından, mülkündən verilsə doymaz, verilməsə qane olmaz. Verilənin şükründən aciz olar, verilməyənin çoxunu istər. Xalqı pisliklərdən çəkindirər, özü pisliklərdən çəkinməz; əmr edər, özü əmrə tabe olmaz.

Təmiz adamları sevər, lakin onların əməllərini etməz. Günahkarları sevməz, halbuki, onlardan biridir o.

Günahlarının çoxluğundan ölümdən çəkinər, ürkər; ölümdən özünü ürküdən şeyi etməkdən əl çəkməz. Xəstələnərsə peşmançılığa düşər; yaxşılaşarsa peşmançılığını unudar.

Dinclik tapanda, nemət əldə edəndə məğrurlaşar; bəlaya uğrayanda ümidini kəsər, pərişan olar. Bəlaya düşəndə aciz qalar, duaya qapılar; fərəhli günlərə qovuşarsa, özünə güvənər, əczini unudar, zənninə uyar, aldanar.

Ondan az günah etmiş şəxslərin aqibəti üçün qorxar; özünə isə etdiyi yaxşılıqdan çoxunu istər. Kimsəyə ehtiyacı olmazsa qəzəblənər, fitnəyə qapılar; ehtiyaca düşərkən ümidini üzər.

Qulluq edərsə mülayim davranar; istəyə, mənimsəməyə uyarsa üsyan yolunu tutar, tövbəni unudar; bir möhnətə uğrarsa, dinin hökmlərindən kənara çıxar. Başqalarına ibrətlər göstərər; misallar çəkər, özü ibrət almaz.

Nəsihət verməyi xoşlar, özü nəsihət götürməz. Dildə başçılıq edər, əməldə hamıdan geri qalar. Keçici neməti əldə etməkdə zirəkdir; əbədi nemətləri əldə etməkdə tənbəl.

Günahı, üsyanı qənimət sayar, qəniməti ziyan. Ölümdən qorxar, amma fürsəti fövtə verər. Başqasının az günahını öz etdiyi günaha nisbətdə çox sayar; zənginlərlə əylənmək, onun fikrincə, yoxsullarla Allahı yada salmaqdan daha yaxşıdır.

Başqalarının əleyhinə hökm edər, lakin onların yaxşı cəhətlərini görüb özünü məhkum etməz. Qeyrilərini doğru yola sövq etməyə girişər, nəfsini isə azğınlığa yönəldər.

Ona itaət edilər, o isə üsyan edər. Ona vəfa göstərilər, o isə vəfa etməz. Allahdan qorxmaz, xalqdan qorxar, çəkinər; fəqət xalqla davranmaqda Allahdan qorxmaz, qorxu nədir, ağlına belə gəlməz.
/nur-az.com/

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930