Övladı hər öpməyə görə behiştdə məqam verilər
Mьəllif: admin1
Tarix: 14-06-2022, 12:30
Övladı hər öpməyə görə behiştdə məqam verilər
Həzrət Peyğəmbər (s) uşaqları Allahın xoş ətlir gülləri və valdeynlərin qəlbinin meyvəsi adlandırır.

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Övladlarınızla məhəbbət və ədalətlə rəftar edin. Necə ki, istəyirsiniz ki, sizinlə məhəbbət və ədalətlə rəftar etsinlər”.

Həzrət (s) həmişə qızının və nəvələrinin başına nəvaziş əlini çəkərdi və nəvələrini qucağında əyləşdirərdi. Alınlarından və yanaqlarından öpərdi. Sonra da buyurardı:

“Övladın iyi – behişt iyidir, övladlarınızı çoxlu öpün. Hər öpüşünüzə görə behiştdə məqam vardır. Mələklər gələrlər və öpüşlərin sayı qədər onlar üçün behiştdə dərəcələr müəyyən edərlər”.

Həzrət Peyğəmbər (s) bir gün nəvələrini qucağında əyləşdirib öpür və məhəbbət göstərirdi. Bu zaman bir ərəb gəlir və bu səhnəni görüb deyir: “Mənim on oğlum vardır və onlardan birini indiyə qədər bir dəfə də olsa öpməmişəm”.

Peyğəmbərimiz (s) bu sözdən çox narahat olur və rəngi dəyişir. Buyurur: “O kəs ki, başqalarına rəhm etməz, Allah da ona rəhm etməyəcəkdir”.

Əgər uşaq öz valideynləri tərəfindən lazımlı qədər sevgi görərsə, özünü təhlükəsizlikdə hiss edər. Bu uşaqların ruhları da, cisimləri də sağlam olar.

Məhrumiyyət hiss etməzlər və ümidvar olarlar. Nikbin və xoş qəlb olarlar. Xeyirxah və insanları sevən olarlar və insanlara ehtiram göstərərlər. Çünki məhəbbətin şirin dadını hiss ediblər və onu başqalarına da hədiyyə edə bilirlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Qızlar necə də yaxşı övladdırlar: ürəkləri nazikdir, hər bir iş üçün hazırdırlar, həmdəmdirlər. Elə bir ev yoxdur ki, orada qız övladları olsun, məgər o halda ki, hər gün on iki bərəkət və rəhmət səmadan onlara nazil olar. Mələklərin nəzəri o evdən qət olmaz, hər gecə və gündüz onların ataları üçün bir illik ibadət yazarlar”.

Qız övladının dünyaya gəlməsini Peyğəmbərə (s) xəbər verən zaman buyurardı: “Güldür və ruzisi Allahdandır”.

Əhli-Beytdən (ə) nəql edirlər: “Oğlan övladlarını şad etmək ibadətdir”.

Uşaqlar böyüklər kimi deyildirlər. Onların dünyası tamamilə fərqlidir. Ona görə də onları səbir və hövsələ ilə tərbiyə etmək lazımdır. Uşaqlara qarşı ədalətli olmaq lazımdır.

Onlar o qədər həssasdırlar ki, ən kiçik ədalətsizlikdə özlərini çarəsiz hiss edərlər. Valideynin ən mühüm vəzifəsi – övladına Allah bəyənin tərbiyəni verməkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930