Dəstəmaz, qüsl və təyəmmümün fəlsəfəsi
Mьəllif: admin1
Tarix: 8-05-2023, 11:01
Dəstəmaz, qüsl və təyəmmümün fəlsəfəsi
“Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər qollarınızı yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin”. (“Maidə” 6).

Dəstəmazın iki faydası vardır: gigiyena faydaları və əxlaqi, mənəvi faydaları. Gigiyena baxımında gündə ən azı üç dəfə üzü və əlləri yumaq bədəni təmiz saxlayar. Həmçinin başa və ayaqlara məsh çəkmək səbəb olar ki, bu üzvlər də pakizə olsunlar.

Mənəvi və əxlaqi baxımdan isə insan bu əməli Allaha yaxınlaşmaq niyyətilə ilə yerinə yetirər və buna görə tərbiyəvi təsirlərə malikdir. İnsan niyyət edər ki, başından tutmuş ayağına qədər Allaha xatir paklanar ki, bu da dəstəmazın mənəvi və əxlaqi fəlsəfəsidir.

İmam Rza (ə) buyurur: “Ona görə dəstəmaza əmr edilmişdir ki, ibadətin başlanğıcı onunladır ki, bəndələr Allah dərgahına dayanan zaman və Onunla münacat edən zaman pak olsunlar. Əmrlərini yerinə yetirsinlər, çirk və nəcasətdən uzaq olsunlar. Bundan əlavə, dəstəmaz səbəb olar ki, yorğunluq insandan götürülsün və qəlbi Allah dərgahında qiyam üçün nurlu və səfalı olsun”.

Qüslün fəlsəfəsi.

Alimlərin nəzərinə görə insanın sinir sistemi iki cürdür: simpatik və parasimpatik. Simpatik sinirlərin vəzifəsi budur ki, bədənin müxtəlif üzvlərini hərəkət etdirər.

Parasimpatik sinirlər isə onların fəaliyyətini ləngidər. Biri avtomobilə bənzəyir, o birisi isə tormoza. Əgər bu iki əsəb sisteminin etidalı normada olarsa, bədən də etidal həddə olar.

Bəzən bu etidal pozular və insanın qüsl almağa ehtiyacı yaranar. Belə olan zaman simpatik və parasimpatik sinir sistemi pozular və onu normaya salmaq üçün insan bədəni su ilə təmasda olmalıdır.

Bundan əlavə, qüsl – ibadətin bir növüdür. Əgər bədən Allaha qürbət niyyətilə yuyulmazsa, qüsl sayılmaz. Qüsl – o ibadətdir ki, həm cismi və həm də ruhu paklayar və ruh mənəviyyata tərəf cəzb olunar.

Cism isə pak və təmiz olar. Əgər bu ibadət vacib buyurulmasaydı insanların təmizliyə olan baxışları fərqli olardı. Çünki bəzi insanların yuyunmaqla araları yoxdur və məhz bu ibadətə xatir yuyunmağa məcbur olurlar.

Allah buyurur: “Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükür edəsiniz”. (“Maidə” 6).

Təyəmmümün fəlsəfəsi.

Bəziləri üçün təyəmmüm almaq faydasız bir əməl kimi görünür. Ancaq təyəmmüm də bir ibadətdir və əxlaqi faydaları vardır. Belə ki, bədənin ən şərəfli üzvü olan alnına torpağa vurduğun əlinlə məsh çəkərsən ki, Allah qarşısında mütiliyini aşkar edəsən.

Yəni, mənim alnım, əllərim kimi Sənin qarşında müti və itaətkardır. Bu ibadət insanın təvazökarlıq, ubudiyyət və şükür ruhuna təsir qoyar.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930