Şeytanın (lən) ən böyük hiyləsi
Mьəllif: admin1
Tarix: 22-03-2022, 11:31
Şeytanın (lən) ən böyük hiyləsi
Bir gün keçdi, iki gün keçdi, bir həftə keçdi. Ancaq siz istədiyiniz işə başlaya bilmirsiniz. Hər gün bir bəhanə tapıb, təxirə salırsınız.

Çox təəssüf ki, şeytanın (lən) ən böyük hiylələrindən biri – insanları bu cür vəsvəsə etməkdir. Yəni, bu günün işini sabaha saxlamaqdır. Görəsən niyə biz insanlar pis iş görəndə və günah edəndə tövbəni təxirə salırıq, bu gün–sabah edirik?

Bəli, bu, şeytanın insanı azdırmaq üçün istifadə etdiyi ən qədim yollardandır. İşə yarayır və insanı tərəqqi etməkdən, paklanmaqdan, irəli getməkdən saxlayır.

İnsan elə bilir ki, saleh işlər görmək və ya tövbə etmək üçün hələ zamanı çoxdur, ona görə də qarşısına çıxan fürsətləri bir-bir əldən verir.

Şeytan (lən) insana vədələr verər və fürsətlərinin bir-bir əlindən çıxmasına səbəb olar. İmam Əli (ə) bununla bağlı buyurur: “Fürsətlər buludlar kimi ötəndirlər”.

Həzrət Əli (ə) başqa bir kəlamında insanı aqibəti ilə bağlı düşünməyə vadar edir və buyurur: “Fürsətləri, onu əldən verməyinizin qəmini çəkməkdən əvvəl dərk edin”.

İmam Əli (ə) buyurur: “O kəslərin ki, fürsəti yoxdur – fürsət ardıncadırlar. Allahdan möhlət istəyirlər ki, bəndəlik və ibadət etsinlər. O kəslərin ki, fürsəti vardır – bəhanə gətirərək işlərini təxirə salırlar”.

Quran ayələrinin bir çoxunda da insanın fürsətlərini necə əldən verməsinə işarə edilmişdir. “(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: “Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm”.

Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir)”. (“Muminun” 99-100).

Ramazan ayı – saleh əməl yerinə yetirmək və tövbə etmək üçün ən yaxşı fürsətdir. Bu fürsəti Allah ildə bir dəfə bizim ixtiyarımıza qoyar. Ona görə də onu qənimət bilib, bəhrələnmək lazımdır.

Çünki bu ay bağışlanma ayıdır və Allah vədə vermişdir ki, Ondan bağışlanma istəyən heç bir bəndənin əlini boş qaytarmayacaqdır. Bu ay – günahların yuyulması ayıdır.

Əgər tövbə edərsə, Allah tövbəsini qəbul edər. Bu mübarək ay behişt qapılarının açıldığı və cəhənnəm qapılarının bağlandığı aydır. Ona görə də Allah rəhmətini bu ayda bəndələrinə başqa aylardan daha çox nazil edər. Bu ayda edilən əməllərin savabları bir neçə qat daha çox olar.

Belə ki, İmam Rza (ə) buyurur: “Hər kim Ramazan ayında Allah kitabından bir ayə oxuyar, o kəs kimi olar ki, başqa aylarda bütün Quranı oxumuşdur”.

Ona görə də bu mübarək ayı dəyərləndirək və onun fürsətlərindən bəhrələnək. Çünki tez ötən buluda bənzəyir. Bu gün var, sabah isə sona çatacaqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031