Sadiq yuxunu kazib (aldadıcı) yuxudan necə ayırd etmək olar?
Mьəllif: admin1
Tarix: 23-06-2016, 09:21
Sadiq yuxunu kazib (aldadıcı) yuxudan necə ayırd etmək olar?
Sual: Sadiq və kazib (aldadıcı) yuxular arasında fərq nədir və onları necə ayırd etmək olar? Məsələn: şeytan yuxuda məsum imamlardan (ə) birinin surətində zahir olaraq insanı aldada bilərmi?

Cavab: Sadiq yuxunun bəzən yozuma ehtiyacı yoxdur. Həzrət İbrahim (ə) yuxuda oğlu İsmayılı (ə) zibh etdiyini gördü: “(İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm”.
Bəzi sadiq yuxular da vardır ki, onları yozmaq lazımdır. Yəni xəyal qüvvəsi həqiqəti surət halına salır. Yuxuyozan bu xəyalı surəti həqiqi mənaya çatdıra bilməlidir.
Bəzən də yuxular nəfsin qurmalarıdır. Belə yuxular “əzğasi əhlam”, yəni qarmaqarışıq və pərişan yuxular adlanır. Bunlar insanın gündəlik işlərinin təsirindən yaranır. Ona görə də insanın gördüyü yuxu əgər məsumu görmək kimi birbaşa olsa, haqq və doğrudur. Çünki batilin o fəzaya yolu yoxdur və şeytan orada iştirak edə bilmir (yəni şeytan məsumların surətində görünə bilmir).
Digər yuxuların da sadiq, yaxud kazib olmasını mahir yuxuyozan bir sıra meyarlar əsasında ayırd edə bilir.
Amma əgər bir kəs Peyğəmbəri (s), yaxud məsum imamlardan (ə) birini yuxuda görsə, onların özlərinin olduğunu, yaxud şeytanın onların surətinə düşdüyünü necə bilmək olar? Bu sualın cavabında xatırladaq ki, rəvayətdə gəlib: “Şeytan məsum imamların (ə) surətində zahir ola bilmir”. (Səduq, “Əl-əmali”, səh. 62. “Biharul-ənvar”, c. 58, səh. 234-235.)
Amma müşkül budur ki, bizim çoxumuz məsum imamları (ə) görməmişik və yuxuda nurlu bir sima görsək və o simanın sahibi özünün imam olduğunu iddia etsə, onu necə tanıya bilərik? Haradan ayırd edək ki, rübubiyyət iddiası edən şeytan, nübüvvət və imamət iddiası da etmir?!
Deməli, hər kəs məsumlardan (ə) birini həyatda real olaraq görsə, sonra yuxuda nurani bir sima müşahidə etsə və onu tanısa, bu yuxu doğrudur. Amma tanınmayan bir sima özünün məsumlardan biri olduğunu iddia etsə, onu ayırd etmək çətindir. Çünki bu yuxunu görən şəxs bundan qabaq real olaraq o məsumu görməmişdir və şeytan yalan iddia ilə onu aldada bilər. Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi şeytan məsumların (ə) surətində zahir ola bilməz. Amma rübubiyyət iddiası etdiyi kimi nübüvvət və imamət iddiası da edə bilər.

Ayətullah əl-üzma Cavadi Amuli
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930