Vaqiə surəsinin böyük faydası
Peyğəmbərin (s) böyük səhabələrindən sayılan Abdullah ibn Məsud xəstələnmişdi. Xəlifə Osman ibn Əfvan onun ziyarətinə getdi. Osman soruşdu: Nədən şikayətin var?
Abdullah ibn Məsud dedi: Günahlarımdan. Soruşdu: Nə istəyirsən? Dedi: Allahın rəhmətini. Soruşdu: İcazə verirsənmi sənin üçün təbib gətirim? Dedi: Təbib məni xəstələndirib. Soruşdu: İcazə verirsənmi sənə hədiyyə təqdim edim? Dedi: Ehtiyacım olan vaxt bunu əsirgədin. İndi ki, lazımım deyil verirsən?! Osman dedi: Əgər özün istəmirsənsə, övladlarına bağışla, qoy onların vəziyyəti yaxşılaşsın. İbn Məsud cavabında dedi: Mən onlara tapşırmışam ki, “Vaqiə” surəsini oxusunlar. Çünki Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: "Kim Vaqiə surəsini hər gecə oxusa, heç vaxt möhtac olmaz". Qaynaq: “Təfsiri Məcməul-bəyan”, c. 9, səh. 270. Hazırladı: Seyid Zahir Oxşar xəbərlər
|