İmanı ən kamil mömin – əxlaqı ən gözəl olandır
Müqəddəs İslam dini öz davamçılarını davamlı olaraq mülayim və xoşəxlaq olmağa dəvət etmişdir. Onları kobudluqdan və tünd rəftarlardan çəkindirmişdir. Gözəl əxlaq ən bariz sifətlərdəndir ki, ictimai rabitələrdə məhəbbət və sevgini maqnit kimi özünə çəkər.
Ona görə də Allah Öz səfirlərini mehriban və xoş əxlaq qərar vermişdir ki, insanlara təsir göstərə bilsinlər. Bu böyük insanlar öz İlahi hədəflərinə çatmaq üçün gözəl əxlaqdan və şərh-sədrdən bəhrələnmişdilər. Üzləri gülər olmuş və hər kəsi özlərinə məftun edə bilmişdilər. Hətta düşmənləri belə onları mədh etmişdir. Bu dahi insanlardan biri də əziz Peyğəmbərimiz (s) idi. Quran onun haqqında buyurur: “Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. (“Ali-İmran” 159). İmam Baqir (ə) buyurur: “İman cəhətdən ən kamil mömin – əxlaq cəhətdən ən gözəl olanıdır”. Gözəl əxlaqın dünya bərəkətləri: 1. Dostluq əlaqələrini möhkəm edər. Həzrət Peyğəmbər (s) buyurur: “Xoş əxlaq dostluğu davamlı edər”. 2. Diyarları abad edər və ömrü uzadar. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, yaxşılıq və gözəl əxlaq diyarları abad edər və ömürləri artırar”. 3. Ruzini artırar. İmam Əli (ə) buyurur: “Ruzinin xəzinələri mülayimlikdə və açıqürəkli olmaqdadır”. 4. İnsanın ictimai müvəffəqiyyətini yaxşılaşdırar. 5. Həyatın çətinliklərini hamarlaşdırar. Əhli-Beytdən (ə) buyurulur: “Hər kimin xasiyyəti gözəl olar, həyat yolları onun üçün hamar olar”. Gözəl əxlaqın axirət bərəkətləri: 1. Hesabı asan edər. İmam Əli (ə) buyurur: “Əxlaqını gözəl et ki, Allah hesabını asan etsin”. 2. Günahlar bağışlanar. İmam Sadiq (ə) buyurur: “Həqiqətən gözəl əxlaq büdrəmələri əridər, necə ki, günəş buzu əridər”. 3. Behiştə daxil olar. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin behiştə getmək üçün ən üstün imtiyazı – İlahi təqva və xoş əxlaqdır”.deyerler\ Oxşar xəbərlər
|