“Həmişə malik olduğunuz nemətləri sayın, məhrum olduqlarınızı deyil” – mübarək dinimizin bizə tövsiyələrindən
Mьəllif: admin1
Tarix: 7-07-2016, 14:30
“Həmişə malik olduğunuz nemətləri sayın, məhrum olduqlarınızı deyil” – mübarək dinimizin bizə tövsiyələrindən
“Ən yaxşı iş – niyyətin pak olmasıdır”.
“O kəs ki, qardaşının qeybətini rədd edə bilər, ancaq səhlənkarlıq edər – günahı qeybət edən şəxsdən 70 dəfə çox olar”.
“Ən şirin insan o kəsdir ki, xəlq onun şərindən amanda qaldığı üçün ona ehtiram göstərər”.
“O kəs ki, bədbindir – hamıdan qorxar”.
“Ən pis insan o kəsdir ki, insanların eybinin ardınca olar və öz eybini görməz”.
“Azad o kəsdir ki, özünü şəhvət bəndindən azad edər”.
“O kəs ki, istiğfar edər, ancaq günahına davam edər – o kəs kimi olar ki, məsxərə edər”.
“Alimin bəlası – rəhbərlik etmək istəməkdir”.
“Acgöz hər kəsdən yoxsul olar”.
“Ən nadan insan o kəsdir ki, özünü ən aqil insan bilər”.
“O kəs ki, təkəbbür xəstəliyinə düçar olar, çirkinliklər onda aşkar olar”.
“Həmişə malik olduğunuz nemətləri sayın, məhrum olduqlarınızı deyil”.
“Nadanlıq – ən ağrılı dərdlərdəndir”.
“İnsanlardan çoxlu xahiş etmək – zillət mənbəyidir”.
“Sərvət elə bir kölgədir ki, gedicidir və yalançıdır. Ancaq təqva və nəsil-nəcabət qalıcı nurdur və heç bir mal ona bərabər ola bilməz”.
“Əgər səadətə çatmağı arzu edirsinizsə, özünüz başqalarına ibrət olmazdan əvvəl, başqalarından ibrət və nəsihət alın”.
“Ən üstün əxlaqın ədəbi – yaxşılıqdır”.
“Ən xar insan o kəsdir ki, insanları təhqir edər”.
“Yaxşı səbir etmək – qələbənin başlanğıcıdır”.
“Ən qafil insan o kəsdir ki, dünyanın dəyişməyindən ibrət almaz”.
“O kəsin ki, imanı çoxdur – əxlaqı gözəldir”.
“İffət şəhvəti azaldar”.
“O zaman ki, kimsə sizi görməyə gələr, onu əziz tutun”.
“O zaman ki, pislik etmisən, yaxşılıqla onu məhv et”.
“Ağıl – bəyənilən dostdur”. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930