Peyğəmbərimizdən (s) mənəviyyat dərsləri
Mьəllif: admin1
Tarix: 12-09-2020, 12:07
Peyğəmbərimizdən (s) mənəviyyat dərsləri
Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) namaz qılmaq üçün məscidə gedirdi.

Artıq azan oxunduğu üçün, o həzrət məscidə tələsirdi. Çünki namazı təxirə salmağı xoşlamaz, vaxtın əvvəlində qılmağa çalışardı.

Məscidin qabağında oynayan bir dəstə uşaq Həzrət Mühəmmədi (s) görən kimi yanına qaçıb Onu əhatəyə aldılar.

Uşaqlar həmişə görürdülər ki, Peyğəmbər Həsənlə Hüseyni (ə) qucağına alır, öpüb oxşayır, bəzən isə hətta boynuna mindirib gəzdirir.

Yenə uşaqlar ümidlə Peyğəmbərin dövrəsində əl-ələ verib qışqırışdılar: "Bizi boynuna mindirib gəzdir. Yoxsa səni buraxmayacağıq".

Peyğəmbər əlini əbasının cibinə saldı ki, uşaqlara xırda bir hədiyyə verib xilas olsun. Amma o həzrətin cibində heç nə yox idi.

Bu zaman Bilali-həbəşi Peyğəmbərin gecikdiyini görüb məsciddən çıxdı ki, o həzrətin harada olduğunu öyrənsin. Vəziyyəti belə görəndə öz köməyini təklif edib dedi: "Ey Allahın Rəsulu! Icazə verirsənmi, uşaqları qovum getsinlər?"

Peyğəmbər nəinki bu sözlə razılaşmadı, hətta Bilala tapşırdı: "Yox, namaz vaxtının dar olduğu ilə barışmaq bu uşaqları incitməkdən daha yaxşıdır. Tez evə get, uşaqlara vermək üçün nə isə tap gətir".

Bilal qaçaraq evinə getdi, bir ovuc qoz gətirib gəldi. Peyğəmbər qozları uşaqların arasında böldü, onlar da «mühasirə»dən əl götürüb razı halda oynaya-oynaya getdilər.

(Mürtəza Bəzrəfşan. "Yüz tərbiyəvi hekayə", səh. 10).

Körpə öz atasından ötrü şəfaət edər

Məşhur səhabə Ənəs ibn Malik rəvayət edir:

Peyğəmbərin səhabələrindən biri çox vaxt o həzrətin hüzuruna öz oğlu ilə birlikdə gəlirdi (bəzi mənbələrdə bu səhabənin Osman ibn Məzun olduğunu yazırlar).

Peyğəmbər hər dəfə həmin səhabənin öz oğlunu nə qədər çox sevdiyini müşahidə edirdi.

Bir müddətdən sonra həmin adamın oğlu xəstələnib dünyasını dəyişdi. Lakin atası uşağın vəfat etdiyini Peyğəmbərə xəbər vermədi; çünki o həzrətin kədərlənməyini istəmirdi. Beləcə, biçarə ata bundan sonra Peyğəmbərin hüzuruna tək (oğulsuz) gəlməyə başlayır.

Allahın Rəsulu bunu duyur, həmçinin, səhabənin çox dərdli və fikirli görünməsi də o həzrətin gözlərindən yayınmır. Bir gün Peyğəmbər ətrafındakılardan soruşdu ki, niyə filankəs son vaxtlar kədərli görünür? Səhabələr vəziyyəti danışdılar. O həzrət biçarə atanın müsibətini eşidən kimi buyurdu: "Qalxın, onun evinə gedək, oğlunun vəfatı münasibətilə başsağlığı verək".

Allahın Rəsulu səhabələrin əhatəsində həmin adamın evinə gəldi. İçəri daxil olanda yenə atanın qəm-qüssə içində oturduğunu gördülər. Peyğəmbər və əhatəsində olanlar ataya başsağlığı verdilər.

Bu zaman ata dedi: "Ey Allahın Rəsulu! Mən ümid edirdim ki, qocalanda oğlum əlimdən tutar, arxam-dayağım olar".

Peyğəmbər ona bu cür cavab verdi: "Qəm yemə! Qiyamət günündə oğlunu dirildib məhşərə gətirəcək və ona deyəcəklər: "Cənnətə gir!" (həddi-büluğa çatmamış uşaqlar məsum olduqlarına görə, sorğu-sualsız cənnətə aparılacaqlar).

Amma oğlun deyəcək: "Ay Allah! Mən ata-anamı istəyirəm. Onlarsız cənnətə getmərəm!" Uşaq o qədər Allaha yalvaracaq ki, onun valideynləri barədə şəfaəti qəbul ediləcək, hər üçü cənnətə girəcəklər".

Peyğəmbərin sözünü dinləyənlər soruşdular: "Ey Allahın Rəsulu! Buyurduğun müjdə xəbəri yalnız bu adama aiddir, yoxsa övladı ölmüş bütün müsəlmanlara şamil olacaq?"

Həzrət cavab verdi: "Bu sözlərim Allah-təalaya iman gətirən bütün mömin bəndələrə aiddir".

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031