Nə üçün insanın ən pis düşməni onun nəfisidir?
Mьəllif: admin1
Tarix: 12-09-2020, 12:10
Nə üçün insanın ən pis düşməni onun nəfisidir?
"Batini düşmənə hətta bir şey versən də belə yenə də o aramlaşmır. Əgər onun meylinə əməl edib istədiklərini versək bir o qədər hücum edib irəli gələcəkdir" - Ayətullah Cəvadi Amuli.

İnsanların dinə və mənəviyyata olan təmayülləri təsəvvürlərdə müəyyən suallar yaratdığı üçün biz burada Ayətullah Cəvadi Amulinin bəzi suallara verdiyi cavabı nəzərinizdən keçirəcəyik.

Nə üçün insanın ən pis düşməni onun nəfisidir?

Nəfisin ən pis düşmən olması barədə çoxlu sayda dəlillər var:

1- Nəfis elə bir düşməndir ki, insan onu tanımır və məxfi şəkildə bizim daxilimizdədir.

2- Nəfis hiyləgər bir düşməndir; o bizi görür və biz isə onu görmürük.

3- Nəfisin düşmənçiliyi müvəqqəti deyil daimidir.

4- Ən qiymətli bir şeyi yəni iman və ağlımızı əlimizdən alır mal və evimizi yox.

5- O bütün digər düşmənlər ilə fərqlənir, bizim xaricdəki düşmənlərimiz ilan, əqrəb, it, canavar kimi heyvanlardır və ya insandır.

Əgər insan canavar, ilan və ya it kimi düşməninə heç olmasa bir şey verərsə azı müəyyən bir müddət rahatlığa çıxır və əgər Hitler və ya Səddam kimi düşməninə azı müəyyən qədər torpaq, neft və... verərsə neçə gün özünü onların şərrindən qorumuş olur; amma batini düşmənə isə hətta bir şey versən də belə yenə də o aramlaşmır.

Əgər onun meylinə əməl edib istədiklərini versək bir o qədər hücum edib irəli gələcəkdir.

"Tuməninə (aramlıq)" məqamı nə deməkdir və iman ilə "tuməninə"nin fərqi varmı?

İmanın dərəcələri var və onun bəzi dərəcələri ilə birgə qeyri-sabitlik də ola bilər. İmanın yüksək məqamı elə "tuməninə" məqamıdır; bu məqama nail olmağın yolu günah etməməkdir.

Biz özümüzü günaha aludə etməsək heç bir problem baş verməz və əgər bizə hər hansı bir zərər-ziyan gələrsə bu yalnız sınaq və imtahan xarakterlidir.

Buğda nə qədər ki, anbardadır qiyməti ucuz olar; amma dəyirman daşının təziqi altında una çevriləndən sonra isə artıq qiyməti çoxalır; təndirdə çörəyə çevriləndən sonra da qiyməti daha da çoxalır. Bu təziqlər buğdanın kamilləşməsinə səbəb olur.

Qurani-Kərim buyurur: "Əlbəttə, Biz sizi bir az qorxu, birazaclıq, biraz da mal, can (övlad) vəməhsulqıtlığıiləimtahanedərik. Səbredənşəxslərəmüjdəver!". (Bəqərə, ayə: 155).

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031