Peyğəmbərimiz (s) on iki İmamın (ə) adını dəqiq surətdə təsdiqləmişdi
Mьəllif: admin1
Tarix: 11-10-2022, 11:12
Peyğəmbərimiz (s) on iki İmamın (ə) adını dəqiq surətdə təsdiqləmişdi
Cabir ibn Abdullah əl-Ənsari buyurur: "Allah Təala öz Peyğəmbəri Muhəmmədə (s) "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!" ayəsini nazil etdikdən sonra,

Allahın Rəsuluna (s) dedim: "Allahı və Onun Rəsulunu (s) tanıyırıq, bəs o əmr sahibləri ki, Allah onlara itaət etməyi özünə itaət kimi hesab etmişdir, kimlərdir?".

Həzrət Peyğəmbər (s) cavab verdi: "Ey Cabir, onlar mənim xəlifələrimdir, məndən sonra müsəlmanların rəhbərləridir.

Onların birincisi Əli ibn Əbu Talib (ə), sonra Həsən və Hüseyn (ə), Əli ibn Hüseyn (ə), sonra Muhəmməd ibn Əli (ə) – Tövratda "Baqir" ləqəbi ilə adlandırılmışdır. Cabir, sən onu görəcəksən.

Onu görəndə məndən ona salam yetir. Sonra Cəfər ibn Muhəmməd (ə), sonra Musa ibn Cəfər (ə), Əli ibn Musa (ə), Muhəmməd ibn Əli (ə), Əli ibn Muhəmməd (ə), sonra Həsən ibn Əli (ə), sonra isə adı və künyəsi mənim ad və künyəmlə eyni olan, Allahın yer üzündəki xəlifəsi və bəndələrinin içərisində nümayəndəsi olan (Mehdi) İbn Həsən ibn Əlidir.

O, həmin şəxsdir ki, Allah Təala onun əliylə Şərq və Qərbi fəth edəcək.

O, həmin şəxsdir ki, öz şiələrindən və dostlarından qeybə şəkiləcək. Bu zaman onun imamlığına ancaq o şəxslər qail olacaqlar ki, Allah onların qəlblərini iman üçün boşaltmışdır””.

Digər hədisidə İbn Abbas buyurur: "Nəsəl adlı bir yəhudi Həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: "Ey Muhəmməd, (s) istəyirəm ki, zehnimdə dolaşan bəzi şeylər barədə səndən sual edim.

Mənə öz canişinin barədə xəbər ver. Kimdir o? Çünki, elə bir peyğəmbər (ə) yoxdur ki, onun vəsisi olmasın. Bizim peyğəmbərimiz olan Musa ibn İmranın vəsisi Yuşə ibn Nun idi”.

Həzrət Peyğəmbər (s) buyurdu: "Bəli. Mənim vəsim və sonrakı xəlifə Əli ibn Əbu Talibdir. (ə) Ondan sonra iki nəvəm Həsən (ə) sonra isə Hüseyn (ə) – vəsidirlər. Daha sonra Hüseynin (ə) sülbündən olan doqquz əməlisaleh İmam (ə) – mənim vəsilərimdir”.

"Ey Muhəmməd, (s) onların adlarını mənə de!”.

"Bəli, Hüseynin (ə) imamət müddəti bitəndən sonra onun oğlu Əli (ə) imam olacaq. Əlidən (ə) sonra onun oğlu Muhəmməd (ə), Muhəmməddən (ə) sonra onun oğlu Cəfər (ə), Cəfərdən (ə) sonra onun oğlu Musa (ə), Musadan (ə) sonra onun oğlu Əli (ə), Əlidən (ə) sonra onun oğlu Muhəmməd (ə), sonra onun oğlu Əli (ə), sonra onun oğlu Həsən (ə), sonra isə Həsənin (ə) oğlu Huccət (ə) (İmam Mehdi) İmam olacaq. Onlar Bəni-İsrailin rəhbərləri qədər – on iki İmamdırlar”.

"Onların cənnətdəki məkanları bəs necədir?”.

"Mənimlə eyni dərəcədə olacaqlar””.

("Əhli-Beyt (ə) Quran və hədisdə” kitabına istinadən)


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930