Bir parça Ayətullah Kuhistanini zahid etdi
Mьəllif: admin1
Tarix: 15-07-2016, 10:23
Bir parça Ayətullah Kuhistanini zahid etdi
“Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür”. (“Hədid” surəsi, ayə 23)

Dindar tacirlərdən biri böyük alim və zahid Ayətullah Kuhistani barədə deyir: Bir gün Ayətullah Kuhistanidən onun zöhd və təqva məqamına necə çatması haqqında soruşdum. O dedi: Nəfslə cihad etməklə. Sonra buyurdu:
Nəcəfdə təhsil alırdım və Həzrət Əmir (ə) həyətində hücrəm var idi. Tam sadə və qənaətlə yaşayırdım. Bir gün anam mənə qəba (ruhanilərin geyindiyi uzun geyim) üçün parça göndərmişdi. Parça çox yaxşı, yumşaq, xoşagələn və qiymətli idi. Birdən fikrimə gəldi ki, bu təzə və qiymətli qəba üçün sabah mənə təzə və qiymətli əba (qəbanın üstündən çiyinə atılan geyim) da lazım olacaq. Ardınca münasib nəleyn (başmaq), digər təzə geyimlər, təzə ev ləvazimatları tələb edəcək. Belə qərara gəldim ki, bu parça məni nəfsi istəklərimə düçar etməmiş onu özümdən uzaqlaşdırım. Səhər tezdən parçanı götürüb müstəhəq tələbələrdən birinə verdim.
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031