Müsibətdə özünü aparmaq qaydası
Həzrət Məhəmməd (s) buyurub: "Şivən qoparmaq cahilliyyətin işidir"
Səbirsizlik müsibətin əcrini aradan aparar. Hətta hədislər buyurur ki, əgər müsibət görən insan əlini dizinə vursa və ya sağ əlini sol əlinin üstündə kilidləsə, müsibətin əcrindən məhrum olar. Həzrət Məhəmməd (s) buyurub: “Şivən qoparmaq cahilliyyətin işidir.”[1] “Müsibətləri, xəstəlikləri və sədəqə verməyi gizlətmək yaxşılığın xəzinələrindəndir.”[2] Aişə: “İbrahim dünyadan köçəndə Peyğəmbər (s) göz yaşları mübarək yanaqlarına axana gədər ağladı. Dedilər: “Ey Allahın Rəsulu, siz ağlamağı qadağan edir, amma özünüz ağlayırsınız?” Həzrət (s) buyurdu: “Bu ağlamaq deyil, bu rəhm etməkdir. Kim rəhm etməsə, ona rəhm olunmaz.”[3] Əbu Hüreyrə: “Allahın Rəsulunun (s) ailəsindən bir nəfər vəfat etdi. Qadınlar yığışıb ona ağı deməyə başladılar. Ömər yerindən qalxıb, ağlamağı onlara qadağan etdi və yığıncaqlarını dağıtdı. Allahın Rəsulu (s) buyurdu: “Ey Ömər! Onları rahat burax, çünki gözləri yaşlı, qəlbləri dağlı və müsibətləri təzədir.””[4] İmam Əli (ə) buyurub: “Peyğəmbər (s) buyurmuşdur: İki səs lənətlənib və Allah onlara nifrət edir: müsibət vaxtı ahüzar edib şivən qoparmaq və nemət vaxtı (məstliyindən) səslər çıxarmaq. Yəni, nalə çəkmək və mahnı oxumaq.“[5] www.ahliman.info _________________ [1] Biharul-Ənvar, c.2, səh. 103 , hədis50 [2] Biharul-Ənvar, c.2, səh. 103 , hədis50 [3] Əmali-Tusi, səh. 388 , hədis850 [4] Sunəni Nəsai, c.4, səh. 19 [5] Dəaimul-İslam, c.1, səh. 227 Oxşar xəbərlər
|