İnsan niyə etdiyi yaxşı işləri unutmalıdır?
Mьəllif: admin1
Tarix: 3-11-2024, 10:58
İnsan niyə etdiyi yaxşı işləri unutmalıdır?
Səxavət və infaq nəinki insanın nicatına səbəb olar, bəlkə cəmiyyətin də inkişafına bais olar. Bunun ən mühüm şərti ədalətdir. Əslində səxavət, yəni rəhimli olmaqdır.

Necə bir cəmiyyəti irəli apara bilərik o zaman ki, insanlara qarşı laqeydik? Necə böyük xidmətlər arzu edə bilərik ki, kiçik xidmətdən boyun qaçırdırıq?

Deməli, tərəqqinin yolu ədalətdən və rəhimli olmaqdan keçir. Ədalətli olmaq isə səxavətli olmaqdır. Çünki o kəsin ki, səxavəti yoxdur, hətta əli hər yerə çatsa belə, hərislik, tamah və yalan onu əhatə edər.

Bu cür insana dünya sevgisindən xilas olmaq çətindir. İndi isə işi daha çətin olmuşdur. Pulundan xərcləməmiş onu necə artıra bilər ki? Bu insan cəmiyyətə faydalı deyildir, əksinə ziyan vurandır.

Deməli səxavət - ədalətin təmrin yoludur. O kəs ki, adil və rəhimlidir, cəmiyyətə xeyir verə bilər. Əgər sən səxavətli deyilsənsə, cəmiyyətə necə xidmət edə bilərsən ki? Biz gərək ilk növbədə səxavətin köməyi ilə daxilimizdə ədalət hissini inkaşaf etdirək. Belə bir insan həqiqi mömin ola bilər. Allah buyurur: “Mən bir möminin vasitəsilə şəhəri bəla və giriftarlıqdan hifz edərəm”.

İmam Rzadan (ə) nəql edilir ki, Həzrət Məsumə (s.ə) Quma gəlməzdən əvvəl Zəkəriyyə ibni Adəmə buyurur: “Qumda qal ki, sənin orada olmağına görə Qum əhli bəladan hifz olunsun”.

Mömin o kəsdir ki, Allah onun xatirinə başqalarına ruzi verər. Əslində səxavətli bir insan cəmiyyət üçün bir lütfdür. Çünki Allah rəhimli olmağa çox hörmət edir və ona görə böyük mükafat verir.

Əgər səxavətlisinizsə, Allaha şükür edin. Çünki səxavətli insan Allahın rəhmət şüasının altında qərar tutar. Yəni bu səxavət sizin lütfünüz deyidir, əslində Allahın sizə olan lütfüdür. O kəs ki, səxavət mövzusuna bu cür nəzər salar, nəinki başqalarına minnət qoymaz, bəlkə səxavəti onun əllərinə verən Allahın minnətini də qəbul edər.

Din alilməri deyir ki, əgər yaxşı iş görmüsənsə, onu unut. Ancaq bu zaman öz gördüyün işi unut, Allahın lütfünü deyil. Səxavət - Allahın lütfüdür. Allah Təala buyurur ki, O, xeyri təqvalı insanın əlinə verər. Lütflü olması da ona görədir ki, Allah bu işi ilə bizi Özünə oxşatmaq istəyir.

Ona görə buyurur ki, əgər yoxsula bir şey versən, öz əlini öp. Çünki onu Allaha vermisən. Başqa yerdə Allah buyurur ki, nemətə şükür etmək nemətini artırar. Mömin həmişə şakirdir, əks halda kafir olardı. Mömin hər bir işdə şükür edər.

Mömin gördüyü hər bir xeyir işdə düşünər ki, bu işi kim mənə verib? Mən bu işdə kim və nəçi idim? Kim mənə bu xeyir işi görməyi ilham etdi? Əgər düşünsək görərik ki, bütün bunların səbəbkarı Allahdır.

Bu dünyada Allahın məqsədi budur ki, biz vilayət əhli olaq. Əgər vilayət əhliyiksə, ona görə də şükür etməliyik. Onun qədrini bilməliyik. Şükrün yolu isə itaətdir.

O zaman ki, itaət edirsən, Allah dünya sevgisini səndən alır. Mömin qardaşın hacətini yerinə yetirmək sevgisini onun əvəzinə verir. Sən mömin qardaşına yardım edərək, Allahın və Məsumların (ə) istəyini yerinə yetirmiş olursan. Ona görə də vilayətə və İlahi əmrə itaət etməyə tərəf addım at ki, Allah da sənə xeyir işlər gördürsün.

Səxavətin faydası nədir?

Səxavətin faydası budur ki, əlin Allahın əli olar, ayağın Allahın ayağına çevrilər. Gözün Allahın gözü və ürəyin Allahın ürəyi olar. Yəni etdiyin bu qədər infaq Allahın razılığına səbəb olar.

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və Həzrət ona buyurur: “Elə iş görmüsən ki, məni sevindirmisən. Anam Zəhranı (s.ə) və biz on iki İmamı (ə) sevindirmisən”.

Həmin kişi deyir: Nə etmişəm? Həzrət buyurur: “O zaman ki, bura gəlmək istədin, qonuşana əl tutdun və hacətini yerinə yetirdin”.

İmam Cavad (ə) buyurur: “Atamın qəbrini ziyarət etməyin savabı 70 həcc və ümrədən üstündür. Ancaq bir möminin hacətini yerinə yetirmək atamın qəbrini ziyarət etməkdən də üstündür”.

Mömin olmağın şərti budur ki, Əmirəl-möminin (ə) həqiqi dostu olasan. Lakin infaq etdiyin malı gərək möminə verəsən, kafirə və ya münafiqə deyil.

Allah buyurur: “Əgər cin və ins qədər ibadətin olsa, ancaq Əlini (ə) istəməsən, səni yandıracağam”. Məsumların (ə) düşməninə edilən infaq həqiqi infaq deyildir.

Allah Təala bizləri həqiqi səxavətlilərdən qərar versin.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930