QURAN OXUMAĞIN SAVAB VƏ FƏZİLƏTİ
Quran İslam Peyğəmbərinin (s) möcüzəsidir. Onun şərif ayələrini tilavət etməklə müsəlmanlar səadət və həqiqətə çatır. Bu səmavi gövhərin əzəmət və məqamı, onun qiraəti haqqında rəvayətlər çoxdur. Həzrət Peyğəmbər (s) və məsum imamlardan nəql olunmuş bu rəvayətlərdən bəzilərinə nəzər salaq.
Həzrət Əli (ə) buyurur: “Bir evdə Quran oxunarsa, Allah zikr edilərsə, bu evin bərəkəti artar, mələklər oraya get-gəl edər, şeytanlar oradan uzaqlaşar. Ulduzlar yer əhli üçün parladığı kimi, bu ev də göy əhli üçün parlayar.” (“Üsule-Kafi”,c. 2, s. 312.) Rəvayətdən göründüyü kimi, həzrət Əli (ə) müsəlmanları evdə Quran oxumağa ruhlandırır. Bu əməlin ev sahibi üçün bir çox faydaları vardır: −İlahi kitabın oxunması evlərdə İslam maarifini, Quran hökmlərini canlandırır. İnsan evdə Quran oxuyarkən ailə üvləri də bu işə həvəslənir. Nəticədə Quran tilavəti cəmiyyətdə genişlənir, Quran qarilərinin sayı artır. −Quran ayələri tilavət olunan evdə dini şüarlar önə çəkilir. Sübh və axşam ətrafa yayılan nurani Quran sədaları eşidənlərin könlündə iz qoyur. Quran oxumaqla qəlblərdə İslam və iman çiçəklənir. −Quran tilavəti səbəbindən evlərdə nemət və bərəkət artır. Mələklər bu evə nazil olur, şeytanlar isə bu evdən uzaqlaşırlar. Hafizin təbirincə, “divlər də qaçır, evdə əgər Quran oxunsa.” Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur: “Quran oxumağı unutma. Çünki ilahi kitabın tilavəti günahların kəffarəsi, oda sipər, əzabdan qurtuluşdur.” (“Biharül-ənвar”, c. 92, s. 17) Bəli, Quran tilavəti günahların kəffarəsidir! Digər bir hədisdə Quran tilavəti “qəlblərin nuru” kimi tanıtdırılır. Allahın Rəsulu (s) buyurur: “Qəlblər dəmir tək cingildəyir. Cilası isə Quran oxumaqdır.” (“Kənzul-ümmal”, r. 2441) Həzrət Əli (ə) dəyərli “Müttəqin” xütbəsində Quran tilavətini dərdlərə dərman bildirir: (Müttəqilər) Gecəni Quran oxumaqla başa vurar, Quran oxuyub qəmlənər, dərdlərinin dərmanını Quranda axtararlar.” Oxşar xəbərlər
|